Veysəloğlu Şirkətlər Qrupu Avropa keyfiyyətini əlçatan edir - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu Avropa keyfiyyətini əlçatan edir - FOTOLAR"Rossmann" və "Pepco" brendləri Azərbaycanda
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Azərbaycan istehlakçısını keyfiyyətli və mümkün münasib qiymətli məhsullarla təmin edir. Bu məqsədlə VŞQ Avropanın "Rossmann" və "Pepco" kimi aparıcı brendlərini ölkəmizə gətirib və Qrupa daxil olan "Araz" supermarketlər şəbəkəsində və müstəqil mağazalarda müştərilərə təqdim edir. "Araz" Avropadan gətirilən məhsulların keyfiyyəti ilə yanaşı onların ekoloji təhlükəsizliyinə də önəm verir, ətraf mühitə zərər dəyməməsi prinsiplərinə ciddi əməl edilir.
Alman brendi "Rossmann"
Almaniyanın 50 ildən çox tarixi olan "Rossmann" firması sağlamlıq və şəxsi qulluq məhsulları ilə məşhurdur. "Rossmann"ın "Araz" supermarketlər şəbəkəsinin daxilində 7 "shop-in shop" (supermarket daxilində) və 13 müstəqil mağazası fəaliyyət göstərir və bu mağazalarda 230-dan çox əməkdaş çalışır. "Rossmann" 29-dan çox özəl markaya və müxtəlif müştərilərin ehtiyaclarını ödəmək üçün 8000 məhsul çeşidinə malikdir. Mağazalarda kosmetika, şəxsi gigiyena, ev təsərrüfatı, körpələr üçün məhsullar və oyuncaqlar, ev heyvanları üçün məhsullar, dəriyə qulluq, kişilər üçün qulluq vasitələri və sağlam qida kateqoriyaları üzrə məhsullar müştərilərə təqdim edilir. "Rossmann"nın məşhur markaları sırasında "Isana" (saç və bədən baxımı məhsulları), "Alterra" (üzvi və təbii maddələr ehtiva edən təbii kosmetika), "Domol" (təmizləyici məhsullar və yuyucu vasitələr) və "Alouette"ni (kağız salfetlər və s.) qeyd etmək olar.
Polşa brendi "Pepco"
Supermarketlər şəbəkəsi tərəfindən Azərbaycan alıcısına təqdim edilən Polşa brendi "Pepco" məhsulları da ekoloji təmizliyi, yüksək keyfiyyəti və münasib qiymətləri ilə seçilir. Məhsullar, çeşidlər  daim yenilənir və müasir trendlərə uyğunlaşdırılır. Bu isə müştərilərə yeni seçim imkanları yaradır və dəblə ayaqlaşmağa imkan verir. "Pepco" mağazalarında geyimlər, mətbəx əşyaları, ev tekstili, yumşaq taburetlər, mövsümi, əyləncə məhsulları, şamlar və s. müxtəlif kateqoriyadan olan məhsullar mövcuddur. Hazırda "Pepco" mağazalarında "Beloved", "Bekkin" kimi tanınmış brendlərin məhsulları satılır. Hər ay 2000-ə yaxın yeni çeşid mağazalara çatdırılır.
"Araz" supermarketlər şəbəkəsində müştərilərə təqdim olunan digər Avropa brendlərinə məxsus məhsullar da keyfiyyəti və nüfuzuna görə öz ölkələrinin lideridir. Bu siyahıda Polşa, İtaliya, Latviya, Almaniya, Hollandiya, Danimarka kimi ölkələri qeyd etmək olar. Sözügedən ölkələrdən gətirilən kosmetika və qulluq vasitələri, spirtsiz içkilər, uzunmüddətli süd və süd məhsulları, quru qida və şirniyyatlar "Araz" müştərilərinin sevimli məhsullarına çevrilib. / fed.az

Biznes     Tarix: 18 avqust 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank