Veysəloğlu Şirkətlər Qrupu bölgələrdə soyuq anbarlarının - SAYINI ARTIRIR

Veysəloğlu Şirkətlər Qrupu bölgələrdə soyuq anbarlarının - SAYINI ARTIRIR"Araz" supermarketlər şəbəkəsi yerli təsərrüfatlara töhfə verir
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehlakçıları yerli və təbii məhsullarla təmin etmək üçün fermerlərlə birbaşa əməkdaşlığı genişləndirir.
FED.az xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunun bu təşəbbüsü təsərrüfatların inkişafını stimullaşdırmağa, idxal məhsullardan asılığı azaltmağa və kiçik sahibkarları dəstəkləyərək ölkəmizdə dayanıqlı inkişafa töhfə verməyə xidmət edir.
VŞQ ölkənin önəmli istehsal bölgələrində soyuq depolarının sayını artırır. Mingəçevir və Salyanla yanaşı, artıq Xaçmaz bölgəsində də saxlama məntəqəsi yaradılıb və  pomidor istehsalçıları ilə əldə edilən razılaşmaya əsasən məhsul yığımına başlanılıb. Hazırda saxlama məntəqəsində toplanan məhsulların qısa zamanda qablaşdırılıb soyuq zəncir prosesinə uyğun olaraq "Araz" supermarketlər şəbəkələrinə çatdırılması üçün infrastruktur yaradılır. 
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının bölgələrdə qəbuluna ötən il  "Şəmkir Aqroparkı"nda başlanıb. Aqroparkda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı fermerlerin işini asanlaşdırıb. Bölgədəki fermerlərin məhsulları yerində alınıb, "AVT Logistics" şirkətinə  məxsus soyuduculu tırlar ilə gündəlik olaraq mağazalara çatdırılır.
"Növbəti hədəflərdən biri də Salyan anbarındakı fəaliyyəti genişləndirməkdir. Bu bölgədə xüsusən qış mövsümündə mandarin, portağal, feyxoa, kinkan, limon kimi məhsulların birbaşa istehsalçılardan alınmasını təmin etmək üçün fəaliyyətlərimiz davam edir. Əsasən yerli kartof almaq üçün Tovuz, İsmayıllı, Qazaxda birbaşa fermerlərlə razılaşmalı əkin həyata keçirilir və bu məhsulların yüksək texnoloji kartof saxlama depolarında mühafizə edilərək keyfiiyyətli şəkildə alıcılara çatdırılması planlaşdırılır", - deyə Qrupun meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylan vurğulayıb.
Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.

Biznes     Tarix: 10 avqust 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank