Veysəloğlu Şirkətlər Qrupu "DIGIAGE - Bakı" rəqəmsal oyun düşərgəsinə - DƏSTƏK OLUB
Düşərgəyə indiyə qədər 18 mindən çox müraciət əsasında 4000 mindən çox iştirakçı qatılıb
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin, "Bilişim Vadisi Bakı"nın və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə Bakıda rəqəmsal oyun düşərgəsi təşkil edilib.
Dörd gün davam edən düşərgəyə Veysəloğlu Şirkətlər Qrupu da dəstək verib. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.
"Veysəloğlu Şirkətlər Qrupu olaraq gənclərin yeni təşəbbüslərini dəstəkləyərək onların inkişafına töhfə vermyə çalışırıq. Universitetlərlə sıx əməkdaşlıq edərək tələbələrin şirkətimizdə peşəkarların təcrübələrindən faydalanmaları üçün imkanlar yaradırıq",-deyə Şirkətlər Qrupunun informasiya texnologiyaları direktoru Ülvi Babaşov tədbir haqda danışarkən deyib.
Qeyd edək ki, səkkizinci dəfədir təşkil olunan "DIGIAGE" düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında dörd mindən çox iştirakçı qatılıb. Yetmişdən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 min dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?