Villalar, maşınlar, xüsusi mühafizə - Qəhrəman kimi yaşayan QATİL KİMDİR?

Villalar, maşınlar, xüsusi mühafizə - Qəhrəman kimi yaşayan QATİL KİMDİR?On il əvvəl Əfqanıstanda üç silahsız avstraliyalını qətlə yetirən qaçaq əfqan əsgəri Hikmətullah paytaxt Kabildə dəbdəbəli həyat yaşayır… Onu həbsdən azad edən Taliban isə "geri qayıdan qəhrəman"a kral kimi yanaşır…
29 avqust 2012-ci ildə Əfqanıstanın Uruzqan əyalətindəkı patrul bazası olan Vahabda Əfqanıstan Milli Ordusunun çavuşu olan Hikmətullah M16 döyüş silahı ilə Avstraliya əsgərlərinə yaxın məsafədən 30-dan çox atəş açıb. O, üç hərbçini öldürüb: Styepan Miloşeviç, Ceyms Martin və Robert Poat.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Hikmətullah qətli törətdikdən sonra bazadan Baluçi vadisinə qaçıb və 24 saat ərzində Əfqanıstandakı Avstraliya Müdafiə Qüvvələri üçün "yüksək dəyərli" hədəf təyin edilib.

Öldürülən avstraliyalılar
O, 11 sentyabr 2012-ci ildə Uruzqan əyalətinin Darvan kəndi istiqamətində keçirilən xüsusi hava əməliyyatının yeganə hədəfi olub.
Onun kənddə gizlənməsi ilə bağlı kəşfiyyat məlumatı sonda yanlış çıxıb.
Hikmətullahın 2013-cü ilin fevralında Pakistanın qanunsuz sərhəd bölgəsində gizləndiyi aşkar edilib və o, həbs olunub.
Üç qətldə ittiham olunan və mühakimə edilən Hikmətullah ölüm cəzasına məhkum edilib, lakin cəmi 7 il – 2020-ci ilə qədər məhbusluq həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə Kabilə qayıdıb.
Devrilmiş Əfqanıstan hökumətinin keçmiş yüksək vəzifəli məmuru Hikmətullahın Əfqanıstana qayıtdığını "Guardian"a təsdiqləyib.
Yüksək rütbəli keçmiş dövlət rəsmisi onu da bildirib ki, Hikmətullahın təhlükə yaratdığını əsas gətirərək azadlığa buraxılmaması üçün israr edib. Lakin 2020-ci ildə ABŞ Talibanla sülh sazişi bağlamaq istədiyi üçün onun həbsdə qalma tələbi rədd edilib.

"Hikmətullah təhlükəli terrorçudur, təhlükəli insandır. O, peşman deyil, təəssüf hissi keçirmir. Bütün dünyaya zərər verə bilər. O, azadlığa buraxılmamalı idi" – "Guardian" qəzetin mənbəsi açıqlayıb.
Onun azad edilməsi ilə bağlı danışıqlar getdiyi zaman Hikmətullah keçmiş Əfqanıstan hökumətinin rəsmisinə bildirib ki, əgər azadlığa çıxsa, əcnəbiləri öldürməyə davam edəcək.
Məlumata görə, hazırda Hikmətullah Əfqanıstanda, ABŞ-ın PUA zərbəsi nəticəsində 8 gün əvvəl öldürülən keçmiş Əl-Qaidə lideri Ayman əz-Zəvahirinin gizli evinə yaxın ərazidə təhlükəsiz mülkdə yaşayır.
Kabildə dəbdəbəli həyat sürən qatil evlər, villalar maşınlar, mühafizəçilər, külli miqdarda pulla təmin olunub və Taliban ona əsl qəhrəman kimi yanaşır.
Məlumatlı mənbə bildirib ki, Hikmətullah çox yaxşı qorunur və hazırda hökumətdə olan yüksək vəzifəli Taliban rəsmiləri ilə yaxın əlaqələri var.

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb


iqtisadi xeberler investisiya valyuta xeberleri pul qazanmaq bitkoin almaq