"Visa" "FTX" kriptobirjası ilə əməkdaşlığı dayandırır

Beynəlxalq ödəniş sistemi "Visa" bazar günü, noyabrın 13-də "FTX" kriptovalyuta birjası ilə tərəfdaşlıqda debet kartlarının emissiyasına dair müqavilələrə xitam verildiyini açıqlayıb. Qərar birja iflas etdikdən və ona qarşı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən şirkətə qarşı araşdırmalara başladıqdan sonra verilib.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
"FTX" və "Visa" tərəfdaşlığı oktyabrın əvvəlində elan edilib. Proqram 40-dan çox ölkədə mübadilə istifadəçi hesabları ilə əlaqəli "Visa" debet kartlarının emissiyasını əhatə edib.
"FTX" noyabrın 11-də müflis olmaq üçün müraciət edib. Şirkətin "Twitter" səhifəsində dərc olunan bəyanatda "FTX Group"un baş direktoru Sem Benkman-Frida da istefa verdiyini deyib.
Eyni gündə "FTX Digital Markets" kriptobirjasının aktivləri Baham adlarının Qiymətli Kağızlar Komissiyası tərəfindən dondurulub. Tənzimləyici bu qərarını aktivlərin qorunması və likvidlik böhranı ilə üzləşən birjasının sabitləşdirilməsi zərurəti ilə izah edib.
Baham hökuməti həmçinin şirkət üçün müvəqqəti likvidator təyin edib. Agentliyin məlumatına görə, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası kriptobirjanın baş direktoru Sem Benkman-Fridə qarşı araşdırmaya başlayıb.
Yaxın günlərdə etibarsız aktivlərlə bağlı xəbərlər fonunda istifadəçilər sürətlə kriptovalyutaları satmağa başlayıblar, bu da bitkoinin çökməsinə gətirib çıxarıb.

Kriptovalyuta     Tarix: 14 noyabr 2022

Oxşar xəbərlər

"Bitcoin"in qiyməti 74 min dollara yaxınlaşır - SON QIYMƏT

Qlobal kriptovalyuta bazarında əsas aktivlər üzrə qiymət artımı müşahidə olunur.  biznes və maliyyə xəbərləri portalı CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, son sutka ərzində bazarın ümumi kapitallaşması 3,30

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək

Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"

Bitkoin ucuzlaşa bilər - Proqnoz

Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08


iqtisadi xeberler valyuta mezennesi telefonla pul qazanmaq dollarin kursu bu gun dollar məzənnəsi