"Vulkan" ASC maliyyə vəziyyəti - MƏLUM OLDU - HESABAT

"Vulkan" ASC 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.
Məşhur şirkət il ərzində cəmi - 5 min manat mənfəət əldə edib
FED.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 226 min 550 manat olub. Bu da son bir illə müqayisədə 6 min 785 manat, yəni 3,1% çoxdur.
Satışın maya dəyəri isə 219 min 626 manat təşkil edib. Bu məbləğ də əvvəlki illə müqayisədə 3 min 82 manat (1,4%) çoxdur.
Şirkəti  əməliyyat mənfəəti, ümumi mənfəəti və vergidən əvvəlki mənfəəti cəmi 6 min 924 manat olub. 2021-ci ilin göstəriciləri ilə müqayisədə bu göstərici 3 min 703 manat, yəni 2,1 dəfə çoxdur. 
1 385 manat mənfəət vergi ödənişindən sonra şirkət  2022-ci ili 5 min 539 manat xalis mənfəət ilə başa vurub. ASC 2021-ci ili 2 min 577 manat xalis mənfəət ilə bağlamışdı. Bu da son bir ildə 2,1 dəfə artım deməkdir.
31 Dekabr 2022-ci il tarixində "Vulkan" ASC 488 min 387 manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 21 min  116 manat, başqa sözlə 6,3% artıb. Aktivlərin 405 min 644 manatını uzunmüddətli, 82 min 743 manatını qısamüddətli aktivlər təşkil edib.
Öhdəliklər 23 min 581 manat, və ya 23,6% artaraq 123 min 587 manata yüksəlib. Öhdəliklərin 41 min 739 manatını uzunmüddətli, 81 min 848 manatını qısamüddətli öhdəliklər təşkil edib.
Şirkətin cəmi kapitalı hesabat dövründə 364 min 800 manat olub ki, bu da son bir ildə 5 min 535 manat, yaxud 1,5% artım deməkdir.
Şirkətin ödənilməmiş zərərin həcmi isə 79 min 779 manat olub. 2021-ci ildə isə bu rəqəm 85 min 314 manat idi. Beləliklə zərərin həcmində 6,5% azalma qeydə alınıb.

Biznes     Tarix: 28 iyul 2023

Oxşar xəbərlər

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir


iqtisadi xeberler bitkoin qiymeti biznes ideyalari valyuta mezennesi birbank