"WhatsApp"da statuslarla bağlı 5 yenilik
"WhatsApp" messencerində statuslar üçün yenilik buraxılıb. Səsli statuslar yaratmaq, həmçinin istifadəçi statuslarını görən auditoriyanı məhdudlaşdırmaq mümkün olub. Seçilmiş auditoriya yadda saxlanılacaq və növbəti status yeniləməsində istifadə olunacaq.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Məlumata əsasən, səsli statusların uzunluğu 30 saniyə qədər ola bilər. Əgər statusa hər hansısa sayta keçid əlavə olunursa, istifadəçilər avtomatik olaraq səhifənin ön görünüşünü görəcəklər, yəni linkə klikləməklə hansı saytda daxil olacaqlarını əvvəlcədən biləcəklər.
Bundan əlavə, kontaktda olan insanların yeni status paylaşdığını dərhal görmək olacaq, çünki bu halda onların statusu "Instagram"ın "Hekayələr"ində olduğu kimi dairəyə alınacaq.
Dostların və digər kontaktların status yeniləmələrinə asanlıqla və tez cavab verməyə imkan verəcək reaksiyalar yaradılıb. Statusa reaksiya bildirmək üçün ekranı yuxarı sürüşdürmək və səkkiz emojidən birinə toxunmaq lazımdır.
Yeniləmə artıq buraxılıb və tədricən bütün istifadəçilər üçün əlçatan olacaq.


AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
SWIFT nədir?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları