Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaza Bakıda xidmət sürətini və əhatəsini daha da artıracaq. Wolt Market-in Azərbaycanda alış-veriş təcrübəsini dəyişdirmək istiqamətində atdığı bu əhəmiyyətli addım müştərilərə sürətli çatdırılma, rəqabətsiz aksiyalar və ekoloji həllər təklif edir.

Supermarketiniz, 30 dəqiqəyə qapınızda

Wolt Market həftəlik ənənəvi alış-verişə rahat və sürətli alternativ təklif edir və ehtiyacınız olan məhsulları cəmi 30 dəqiqəyə qapınıza çatdırır. İstər şəhər mərkəzində, istərsə də ətraf rayonlarda olun, Wolt Market ehtiyac duyduğunuz məhsulları sizə rahat və operativ şəkildə çatdıracaq.

Geniş çeşiddə təzə və keyfiyyətli məhsullar

5000-dən çox çeşiddə məhsulu təqdim edən Wolt Market-də təzə ət, mövsümi meyvə-tərəvəz, uzunmüddətli saxlanıla bilən qidalar, süd məhsulları və daha artığını tapmaq mümkündür. Azərbaycanın aparıcı distributorları ilə əməkdaşlıq sayəsində rəflərimiz həmişə ehtiyac duyduğunuz əsas məhsullarla zəngindir. Bundan əlavə, müştərilərimizə yüksək keyfiyyətli, eksklüziv idxal məhsullarını təqdim etmək üçün kiçik, ixtisaslaşmış təchizatçılarla da əməkdaşlıq edirik.

Rəqabətsiz endirimlər və daim yenilənən aksiyalar

Məhsul çeşidlərindən əlavə, Wolt Market həm də sərfəli alış-veriş təmin edir. Müştərilərimiz hər gün yüzlərlə məhsula endirimlə sahib ola bilərlər. Aksiyalarımız isə hər 2-3 həftədən bir yenilənir. Böyük bayramlar və xüsusi günlərdə də müştərilərimiz üçün daha geniş satış aksiyaları təşkil edirik ki, alış-verişinizi ən sərfəli qiymətlərlə həyata keçirə biləsiniz. İndi isə, Wolt Market-in ad günü münasibətilə, 27 aprel tarixinədək marketdə 60%-dək endirimlər mövcuddur.

Bakıda artan mövcudluq

Şəhərin mərkəzi (Landmark), Yasamal, Xalqlar və Binəqədi rayonlarında artıq fəaliyyət göstərən dörd mağazamıza əlavə olaraq, Wolt Market Bakıda fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Keçmiş Nəsimi Bazarı ərazisində açılan yeni mağazamız daha sürətli və effektiv xidmət göstərərək yüksək keyfiyyətli məhsullarımızı şəhərin daha çox məhəlləsinə çatdıracaq.

Davamlılığa sadiqlik

Davamlı inkişaf prinsiplərinə uyğun olaraq, Wolt Market çatdırılmalar üçün sənayədə geniş istifadə olunan plastik torbalardan imtina edərək ekoloji cəhətdən təmiz kağız torbalardan istifadə etməklə fəxr edir. Ətraf mühitə təsirimizi azaltmaq üçün fəaliyyətimizi mümkün qədər ekoloji cəhətdən təmiz etməyə davam edir və yüksək xidmət standartlarımızı qoruyub saxlayırıq.
Daha sürətli, daha yaxşı, daha ekoloji - hər zaman qapınızda
Wolt Market olaraq müştərilərimizin alış-veriş təcrübəsini daim yaxşılaşdırmağa çalışırıq. Sürətli və etibarlı çatdırılma xidmətimiz, daim genişlənən məhsul çeşidimiz və davamlı inkişaf prinsiplərinə sadiqliyimiz ilə həyat tərzinizə uyğun supermarket təcrübəsini təqdim edirik.
Xidmətlərimiz, mağaza ünvanları və çatdırılma xəritəmiz haqqında daha ətraflı məlumat üçün saytımıza müraciət edə bilərsiniz:

Wolt Market haqqında

Wolt Market dark store modelində fəaliyyət göstərən və məhsulları müştərilərə 30 dəqiqədən az müddətdə çatdıran onlayn supermarket şəbəkəsidir. Geniş çeşidli məhsullar təklif etmək üçün həm iri, həm də kiçik təchizatçılarla əməkdaşlıq edirik. Gündəlik zəruri mallardan tutmuş eksklüziv idxal məhsullarına qədər geniş çeşid, davamlı inkişaf prinsiplərinə sadiqliyimiz, sərfəli endirimlərimiz və yüksək xidmət səviyyəmiz sayəsində rahatlıq, keyfiyyət və sürət axtaran müştərilərin bir nömrəli seçimiyik.

Maraqlı     Tarix: 22 aprel 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Beyin sizi yenə də aldadacaq: Daniel Kaneman koqnitiv təhriflər haqqında

Daniel Kanemana qədər alimlər insanların yalnız rasional davrandığını düşünürdülər. Lakin o, bu nəzəriyyənin qəti tənqidçisi idi. Onilliklərini eksperimentlərə sərf edən Kaneman beynin qərəzli olduğunu, insanların isə koqniti

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Əsl güc əvvəlki kimi qalmaq deyil, dəyişərək bərpa olunmaqdır

Dayanıqlılıq və ya dözümlülük son illərdə ən çox sevdiyimiz təriflərdən birinə çevrilib. Bu sözlə uşaqları, əməkdaşları, pasiyentləri, bütöv icmaları tərifləyirlər. O, məktəblərin şüarlarında, korporativ elektron məktublarda

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

OpenAI təkmilləşdirilmiş yeni səs modellərini istifadəyə verib - Eyni anda həm danışa, həm də dinləyə bilir

OpenAI daha təbii tona malik, eyni vaxtda danışıb dinləyə bilən və danışıq növbəsini idarə etməkdə daha uğurlu olduğunu bildirdiyi GPT-Live-1 və GPT-Live-1 mini adlı yeni söhbət modellərini istifadəyə verib. Marja xəbər veri

Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır

Çat-bot hesab edir ki, bəşəriyyət təkbaşına dərk edə biləcəyindən daha çox mürəkkəblik yaratdığı üçün o meydana gəlib. Demək olar ki, hər həftə müxtəlif tanımadığım insanlardan elektron məktublar alıram. Bu mesajlar heyrətami


iqtisadi xeberler biznes xeberleri bank faizleri dollar kursu online pul qazanmaq