WSJ: Rusiya xam neftin ixracını 22% azaldıb
Rusiyanın xam neft ixracı dekabrda 2022-ci ilin 11 aylıq orta göstəricisi ilə müqayisədə 22% azalıb. Bu barədə "The Wall Street Journal" yazıb.
Şirkətin analitiklərinin hesablamalarına görə, dekabrda Rusiyadan orta gündəlik neft tədarükü 2.5 milyon barrelə düşüb.
"Kpler"in analitiki Mett Smit qeyd edib ki, "Rusiya neftinin kiçik bir alıcı qrupu" Hindistan, Çin, Türkiyə və Bolqarıstan da daxil olmaqla, sanksiyalar məhdudiyyətlərindən kənarda qalıb.
Rusiya neftinin Avropa İttifaqına tədarükünə qoyulan embarqo və Rusiyadan neftin qiymətinin bir barel üçün 60 dollara qədər məhdudlaşdırılması mexanizmi dekabrın 5-dən qüvvəyə minib. Aİ Rusiyadan gələn neftin qiymətinə tavan tətbiq etdiyi tarixdən sonra 45 günlük keçid müddəti təyin edib.
Avropa Birliyi Rusiya neftinin dəniz yolu ilə üçüncü ölkələrə daşınması və bu gəmilərin və yüklərin sığortalanması kimi əlaqəli xidmətlərin göstərilməsinə qadağa qoyub. Fevral ayında Rusiya mənşəli neft məhsulları üçün də qiymət tavanının tətbiqi nəzərdə tutulur, lakin onun səviyyəsi hələ razılaşdırılmayıb.
Neft tədarükünə qadağa 5 ay – 2023-cü il fevralın 1-dən iyulun 1-dək qüvvədə olacaq. Neft məhsullarının tədarükünə qoyulan qadağanın müddətini hökumət müəyyən edəcək. / banker.az
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb