Xanım iş adamına məxsus "CPM-İnvest" investisiya şirkəti səhm buraxır - Kapitalını ikiqat artırır

Xanım iş adamına məxsus Azərbaycanda yeni lisenziya almasına baxmayaraq ikinci ən böyük dövriyəyə sahib olan "CPM-İnvest İnvestisiya Şirkəti" QSC-nin nizamnamə kapitalı artırılır.
FED.az  Banker.az-a istinadən xəbər verir ki, investisiya şirkətinin nizamnamə kapitalı 400 000 manat artırılır.
Belə ki, "CPM-İnvest"in səhmdarının qərarı ilə, hər bir səhmi 1000 manat olmaqla 400 ədəd səhm emissiya ediləcək.
"PSG-Kapital İnvestisiya Şirkəti" təşkilati-hüquqi formasını - DƏYİŞİB
Onun səhmdar Kəmalə Məmmədovadır.
İnvestisiya şirkəti 2022-ci ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb. Yeni yaradılmasına baxmayaraq Bakı Fond Birjasında 3,96 mlrd. manat dövriyyəyə sahibdir.
Qeyd edək ki, Mərkəzi Bankın qayasında görə, investisiya fondlarının idarə edilməsini həyata keçirən hüquqi nizamnamə kapitalının minimum məbləği 125 000 manat həcmində müəyyən edilir. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10 000 000 manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200 000 manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625% həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2 000 000 manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.
İnvestisiya şirkətinin Cəmi Kapital Tələbi onun ticarət kitabının həcmindən asılı olaraq müəyyən edilir. Son 250 gün ərzində ticarət kitabındakı əməliyyatların gündəlik orta həcmi 15 000 000 (on beş milyon) AZN-dən artıq olduqda və ya azı 4 gün 20 000 000 (iyirmi milyon) AZN-dən artıq əməliyyat həyata keçirdikdə investisiya şirkətinin ticarət kitabı əhəmiyyətli hesab edilir.

İnvestisiya     Tarix: 19 dekabr 2022

Oxşar xəbərlər

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Azərbaycana ən çox investisiya edən ölkələ

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – 450 MİLYON DOLLAR YATIRIB

Azərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb. biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbə

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

Britaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ən azı 5 milyard funt sterlinq ayırmağa hazırdır

Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi Agentliyinin (UK Export Finance – UKEF) Azərbaycan üzrə risk limiti ən azı 5 milyard funt sterlinq təşkil edir. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət nazir


iqtisadi xeberler telefonla pul qazanmaq biznes ideyalari internetden pul qazanmaq emlak xeberleri