Xəyalədən onları təlxək adlandıran deputata ağır sözlər: "Qapı-qapı gəzib... - FOTO
"Xəzər TV"-də yayımlanan "Komedixana" yumoristik verilişini sərt tənqid edən deputat Etibar Əliyevə sözügedən layihədə rol alan aparıcı-aktrisa Xəyalə Quliyevadan cavab gəlib.
KONKRET.az xəbər verir ki, o, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Salam, çox hörmətli deputat! Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, dünya görüşüm yoxdur. Sadəcə bir deputat kimi heç nə ilə yadda qalmamısız. Bizimlə bağlı danışdığınıza görə, yetəri qədər özümüzü tanıda bilmişik. Bir sözünüzlə razıyam ki, "Komedixana" aktyorlarının kollec təhsili yoxdur.
Bəli, haqlısız! Onların hamısı ali təhsillidir. Elə özümü deyim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli sənətkarlardan səhnə danışığı, səhnə mədəniyyəti, aktyor və rejissor dərsləri almışam.
Bu o vaxta təsadüf edib ki, siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiz. Məncə, bilib-bilmədən danışmaq sizə yaraşmadı. Eybi yox, bar verən ağacı daşlayarlar. Bir daş da sizdən gəlsin.
Əminəm ki, vaxtilə bostanınıza o daşların bir qırığı da atılmayıb. Hörmətlə, ali təhsilli, 4 diplomlu, 20 illik təcrübəli, aparıcı-aktrisa Xəyalə Quliyeva!".
Xatırladaq ki, E. Əliyev "Facebook" səhifəsində "Komedixana" verilişini və orada çıxış edən aktyorları ağır ifadələrlə tənqid etmişdi:
"Təsadüfən "Xəzər TV"-nin "Komedixana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi? Baxanda hiss edirsən ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər. Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz, onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər", – deyə deputat yazıb.


KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən varlı 10 müğənnisi
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?