XİN-dən Qriqoryanın Xankəndiyə qanunsuz səfərinə reaksiya
2 sentyabr 2022-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.
Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir.
Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.
Bu, həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir.
Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaqdır.

XalqKart-ı indi pulsuz əldə edin
Azərbaycan bazarı ABŞ şirkətləri üçün yüksək investisiya potensialına malikdir
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
"TuranBank" "Üçüncü Bahar" İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
NTC Company" MMC-nin kapitalı 26 min manat azaldılır
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında
"Grandtek" şirkətinin nizamnamə kapitalı 295 min manatdan çox azaldılır
Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Mcdonalds françayzinqi neçiyədir?
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Marketinq nə demədir?