Yanğın baş verən ərazilərin bərpası üçün xüsusi proqram hazırlanır
"Payız ağac əkini mövsümündə yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə xüsusi proqram hazırlanır və əsas istiqamətlər müəyyənləşdirilir".
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib.
O qeyd edib ki, proqramda bölgələr üzrə yanğına məruz qalmış sahələr təsnifatlandırılaraq bərpa işlərinin ümumi istiqaməti müəyyənləşdiriləcək və görüləcək işlər öz əksini tapacaq:
"Proqram çərçivəsində ilkin olaraq yanğına məruz qalan sahələrin təmizlənərək meşəbərpa üçün hazır vəziyyətə gətirilməsi, şumlama işlərinin aparılması, çalaların qazılması, mümkün olan yerlərdə suvarma arxlarının çəkilməsi, daha sonra hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub".
Xidmət rəsmisinin sözlərinə görə, səpində və əkində yerli meşə təsərrüfatlarının tinglik sahələrində tədarük edilmiş və yerli meşə şəraitinə uyğun Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, palıd və s. meşəcinsli toxumlardan və tinglərdən istifadə olunacaq.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Ən bahalı otellər hansılardır?
Shopify-da necə satışa başlamaq olar?