Yaponiya Rusiyadan neft idxalını 90% azaldıb
Ötən ilin ikinci yarısında Yaponiya Rusiyanın enerji resurslarından asılılığını azaltmaq məqsədilə bu ölkədən neftinin alışını 90 faiz azaldıb.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
"Ölkəmiz Rusiyanın enerji mənbələrindən, o cümlədən neft və kömürdən asılılığının azaldılması kursunu davam etdirir. 2022-ci ilin ikinci yarısında Rusiyadan neft alışının həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 90 faiz azalıb, kömür isə təqribən 60 faiz təşkil edib", -deyə o qeyd edib.
Baş katib vurğulayıb ki, Yaponiya G7 ölkələri ilə sıx əməkdaşlıq edərək öz enerji təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcək. / banker.az
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir