Yaponiyada aztəminatlı ailələrə 230 dollar ÖDƏNİLƏCƏK
Yaponiya Nazirlər Kabineti çərşənbə axşamı keçirilən iclasda ölkədə qiymət artımının mənfi təsirlərini azaltmaq üçün ümumilikdə 2,2 trilyon yen (təxminən 16,7 milyard dollar) məbləğində tədbirlər proqramını təsdiqləyib.
KONKRET.azxəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilib ki, proqram aztəminatlı ailələrə birdəfəlik 30 min yen (təxminən 230 ABŞ dolları), belə ailələrdəki hər uşaq üçün isə 50 min yen (təxminən 380 ABŞ dolları) məbləğində vəsaitin ayrılmasını nəzərdə tutur.
Bundan əlavə, may ayında elektrik enerjisi qiymətləri hər ailə üçün orta hesabla 800 yen (təxminən 6 dollar) azaldılacaq.
Qeyd edək ki, bu ilin yanvar ayında Yaponiyada istehlak qiymətləri bir il əvvəlki göstərici ilə müqayisədə 4,2% artıb. Buna idxal olunan ərzaq və enerji məhsullarının qiymətinin qalxması səbəb olub.
İqbal Rzayev,
KONKRET.az
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə