Yelo Bank "Summer Challenge 2024" təcrübə proqramını elan edir

Yelo Bank ®Parlaq Bankçılıqda karyera qurmaq istəyən tələbə və yeni məzun olmuş gənclər üçün əla fürsət! Yelo Bank nəhayət ki, çox gözlənilən "Summer Challenge 2024" təcrübə proqramına qeydiyyatı açıq elan edir.
İştirakçılar müasir Agile metodologiyasının tətbiq edildiyi korporativ mühitdə yeni biliklər və bacarıqlar əldə etməklə yanaşı, proqramı uğurla başa vurduqdan sonra Yelo Bank-da iş imkanı əldə edə biləcəklər. Namizədlər aşağıdakı keyfiyyətlərə görə dəyərləndiriləcəklər:
- Təşəbbüskarlıq və öyrənmə həvəsi;
- Pozitiv və kreativ düşüncə;
- Analitik və tənqidi düşüncə;
- Komandada işləmək bacarığı.
İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara əsasən 2-3 ay ərzində İnsan Kapitalının İdarəedilməsi, Alternativ Kanallar ilə Satış, Mühasibatlıq və Mütləq hesabatlılıq, Proqram Təminatının İnkişafı, Brendin İdarəedilməsi, Risklərin İdarəedilməsi departamentləri və Bankın filial şəbəkəsində təcrübə keçəcəklər.
Müraciət etmək istəyənlər 25 may, 2024-cü il tarixinədək aşağıdakı linkdə qeydiyyatdan keçməlidirlər:
Seçilmə şansını daha da artırmaq istəyirsinizsə, "Nəyə görə mən və Yelo?" mövzusunda maksimum 90 saniyəlik video çəkərək Google Drive linkini [email protected] ünvanına "Summer Challenge 2024" mövzusu ilə göndərə bilərsiniz. Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Bütün namizədlərə uğurlar!
Yelo Bank təcrübə proqramı haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank - Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 03 may 2024

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma


iqtisadi xeberler valyuta xeberleri bitkoin qiymeti kicik biznes depozit faizleri