Yeni Apple Watch-lar nəyi bacarır?

Yeni Apple Watch-lar nəyi bacarır?(®) Bu gün Azərbaycanda Apple-ın bu il sentyabrın 12-də təqdim etdiyi "Apple Watch Series 9" və "Apple Watch Ultra 2" smart saatlarının satışına başlanılıb. Sizi bütün dünyada insanların növbə çəkdiyi yeni məhsullarla yaxından tanış olmağa dəvət edirik.
Yeni fantastik idarəetmə üsulu
Apple Watch Series 9 və Apple Watch Ultra 2-də ən çox müzakirə olunan yenilik tətbiq edilən iki dəfə toxunma jestidir. Bu, gələcək haqqında filmlərdə olduğu kimi, ekrana toxunmadan saatınızı idarə etməyin az qala sehrli yoludur. Zəngə cavab vermək, bildiriş açmaq, musiqiyə fasilə vermək və s. üçün sadəcə baş və şəhadət barmağınızı iki dəfə birləşdirmək kifayətdir. Beləliklə, əlinizdə körpəniz, aldığınız əşyalar və ya qanteliniz olsa belə, yenə də əlaqədə qalacaqsınız!
Bu və digər əvvəllər mövcud olmayan funksiyaları reallaşdırmaq yeni güclü S9 SiP prosessoru sayəsində mümkün olub.
Həmçinin, innovativ çip və həssas sensorlarla saat indi sağlamlığınızın həm fiziki, həm də psixoloji vəziyyətini daha effektiv şəkildə izləyəcək. Məsələn, ürək döyüntüsünü, qanda oksigenin səviyyəsini, əhval-ruhiyyəni, yuxu keyfiyyətini və temperaturu. Bu da ailə planlaşdırılmasında faydalı olacaq. Yeri gəlmişkən, saat İnternet olmadan da Siri ilə işləyə bilər.
Ən son modellərdə daha hansı faydalı yenilikləri tapmaq olar? Gəlin nəzərdən keçirək. 
Apple Watch Series 9 
Yeni Apple Watch-lar nəyi bacarır?Always-On funksiyasıyla təkmilləşdirilmiş Retina displeyi iki dəfə daha parlaq olub, bu da saatın gün işığında istifadəsini xeyli asanlaşdırır. Ekranın təhlükəsizliyindən narahat olmaq lazım deyil, çünki o, möhkəm, qırılmaya davamlı sapfir şüşə ilə təchiz olunub.
Çox sayda proqram və məşq gündəlikləri, hansı idman növü ilə məşğul olmağınızdan asılı olmayaraq, məşqinizin effektivliyini artıracaqdır. Apple Watch Series 9 50 m. dərinliyə qədər suya davamlıdır, buna görə də saatınızı çıxarmadan su idman növləri ilə məşğul ola bilərsiniz.
Ətraf mühitə əhəmiyyət verirsinizsə, Watch Series 9-un korpusunun 100% təkrar emal edilmiş alüminiumdan hazırlandığını bilməkdən də məmnun olacaqsınız. Bu, Apple-ın ilk karbon neytral məhsuludur. Bu o deməkdir ki, onun istehsalı atmosferə atılan istixana qazlarının miqdarını artırmır.
Apple Watch Ultra 2
Apple bu saatı öz məhsul xəttində ən etibarlı və universal adlandırır. Yüngül titan korpus möhkəmdir və korroziyaya davamlıdır. Korpusun dizaynı sapfir şüşəni istənilən zədədən qoruyur. Yeni məhsul Apple Watch tarixində ən böyük və ən parlaq ekrana malikdir. 
Apple Watch Ultra 2 ideal məşq tərəfdaşıdır. Enerjiyə qənaət rejimində o, 72 saata qədər işləyəcək. "Oflayn" olmaqdan narahat olmaq lazım deyil, çünki saat artıq internet bağlantısı olmadan da işləyə bilər. Digər faydalı xüsusiyyətlər arasında digər saatdan fərqli olaraq sıx şəhər ərazilərində heyrətamiz dərəcədə dəqiq naviqasiya daxildir.
İstehsalçının öz sözlərinə görə, Ultra 2 müxtəlif ətraf mühüt şəraitlərinə, yüksəkliklərə və temperaturlara tab gətirmək üçün yaradılıb. Onlar -20 ° C-dən 55 ° C-ə qədər olan temperaturda, dəniz səviyyəsindən 500 m qədər dərinlikdə aşağıda, 9000 m qədər yüksəklikdə, 40 m-ə qədər suya batırılmış vəziyyətdə fasiləsiz işləyirlər.
Xüsusi diqqəti Apple Watch Ultra 2 üçün təkrar emal edilmiş materiallardan hazırlanmış kəmərlər layiqdir. Alpine Loop – tekstil materialdan hazırlanmış və daha etibarlı fiksasiya üçün "G" hərfi şəklində qarmaqla olan yüngül, ancaq möhkəm kəmər – açıq havada hər cür macəra üçün uyğundur. Trail Loop – rahat tənzimlənən ultra nazik və elastik kəmər – gündəlik istifadə və aktiv məşqlər üçün yaradılıb. Ocean Band isə həvəskar dayvinq və sürətli su idman növləri üçün idealdır
Yeni Apple Watch-lar nəyi bacarır?Sizə hansı saat yaraşacaq və onları haradan əldə etmək olar? 
Daha çox şəhərdə olursunuz, lakin aktiv həyat tərzi sürür və sağlamlığınızın qayğısına qalırsınız? Onda sizə dəbli Apple Watch Series 9 yaraşacaq.
Ekstremal idmanı, səyahətləri və macəraları sevirsiniz, sağlamlığınızın qeydinə qalırsınız və qısa müddətdə maksimum məlumat almaq istəyirsiniz? Apple Watch Ultra 2-yə diqqət yetirin.
Yeni Apple Watch-lar sentyabrın 29-dan Apple-ın Azərbaycanda rəsmi resellerlərində satışa çıxarılıb: iSpace, Kontakt Home, Irshad, Baku Electronics, Bytelecom, Myshops, Soliton, Maxi. Satışın ilk günlərində alıcıları sərfəli təklif gözləyir – yalnız 1 oktyabradək "Birbank" taksit kartlarından istifadə etməklə məhsulları 30 aylıq faizsiz taksitlə əldə etmək olar.
Beləliklə, yeni bir Apple saatı xəyal edirsinizsə, indi xəyalınızı gerçəkləşdirmək üçün ən yaxşı vaxtdır.  / marja.az

Maraqlı     Tarix: 29 sentyabr 2023

Oxşar xəbərlər

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpus

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb. Hart 2026-cı ildə yeni üsulla yazılmı

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) ilk tələbələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, elm və təhsil nazir


iqtisadi xeberler internetden pul qazanmaq dollarin kursu bu gun pul qazanmaq bitkoin almaq