Yeni qərar ipoteka ilə ev alanlara aid deyil

Yeni qərar ipoteka ilə ev alanlara aid deyilXəbər verildiyi kimi, Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Mülki Məcəllənin 269.1-ci, 269.5-ci, 460.1-ci və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar qəbul edilib.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Qərar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilir ki, ipoteka krediti götürən şəxsin ölməsi və əmək qabiliyyətini itirməsi vəziyyətində onun borcunun vərəsələri tərəfindən ödəniləcəyi halda, həyat sığortası üçün ödəniş etməyə nə ehtiyac var?  
Əvvəlcə, Mülki Məcəllənin əlaqəli şəkildə şərh edilmiş və istinad edilmiş sözügedən maddələrinin nədən bəhs etdiyinə nəzər yetirək.
Yeni qərar ipoteka ilə ev alanlara aid deyilMaddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
Maddə 269.5  Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
Maddə 460.1 Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
"İpoteka haqqında" Qanunun 34.1-ci maddəsi isə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən halları müəyyən edir. Buraya:
Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
İpoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
Bu Qanunda nəzərdə tutulmuş digər hallar aiddir.
Yeni qərar ipoteka ilə ev alanlara aid deyilQərarda da deyildiyi kimi, borclunun ölümündən sonra onun vərəsələri mirasa sahib olduqları qədər miras qoyanın öhdəlikləri qarşısında məsuliyyət daşıyırlar. Vərəsələr öhdəliyi tam və ya lazımınca icra etmədikdə, kreditor borcun ipoteka predmetindən tutulması barədə iddia qaldıra bilər.
Ancaq bu halı İpoteka və Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə aid etmək olmur. Çünki bu halda ipoteka qoyanla ( ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər) borcalan eyni şəxs olur. Bu baxımdan ipoteka krediti əldə etdikdən sonra şəxs əmlakı ilə yanaşı, həyatını sığortalamalıdır. Həyat sığortası borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olmaqla kredit müddətinin sonunadək bağlanılır. Göstərilən hallar baş verdikdə müqavilə bağlanarkən razılaşdırılan sığorta məbləği sığorta şirkəti tərəfindən sığorta ödənişini almaq hüquqi olan şəxsə (hüquqi və fiziki şəxsə) verilir.
Konstitutsiya Məhkəməsinin Qərarı isə borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Zəmanət və İpoteka Fondunun iştirakı olmadan banklar tərəfindən verilən kreditlərdə təminat kimi ipotekanın götürülməsi ilə bağlıdır. Qərara əsasən, ipoteka ilə yüklü edilmiş öhdəlik borcalanın ölümü və əmək qabiliyyətinin itirilməsi səbəbindən ödənilmədikdə, ipoteka qoyandan əvvəl borcalanın vərəsələri həmin öhdəlik üçün məsuliyyət daşıyır.
Məsələn, Məmməd bankdan kredit götürmək istəyir. Bank Məmməddən kredit müqabilində təminat istəyir. Məmməd isə tanışı Əlidən xahiş edir ki, öz evini bank qarşısında ipoteka qoysun ki, o krediti götürə bilsin. Əli ipoteka qoyur, Məmməd krediti götürür. Bu halda Məmməd borcalan, Əli isə ipoteka qoyan olur. Bir müddətdən sonra Məmməd dünyasını dəyişir. Bank Əlinin ipotekasına yönləndirmə edir ki, Məmmədin götürdüyü kredit bağlansın.
Qərarda isə deyilir ki, əvvəlcə Məmmədin vərəsələri bu ödənişi verməlidir. Məmmədin vərəsələri bu ödənişi vermədikdən sonra Əlinin evinə yönləndirmək olar. Məmmədin vərəsələri borc üçün onun ölüm halından məsuliyyət daşıyır. Bank 90 gün ərzində borc ödənilməzsə ipotekaya yönləndirmə edə bilər.
Göründüyü kimi, burada söhbət İpoteka və Zəmanət Fondu tərəfindən verilən kreditlərdən getmir. Çünki Məmməd Fond vasitəsilə ipoteka götürsəydi, borcalan da özü olacaqdı, ipoteka qoyan da. Bu halda, onun həyatı da sığortalanacaqdı. Hadisə baş verdikdə isə kreditə görə ödənişi sığorta şirkəti edəcəkdi.

Xəbərlər     Tarix: 24 may 2023

Oxşar xəbərlər

Qızılın qiyməti düşüb

Qızılın qiymətində enmə var. xəbər verir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Belə ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. Nyu-Yorku

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Azərbaycanın hava yüklərini daşıyan aviaşirkəti yeni təyyarələr alır

Azərbaycanın əsas avia yüklərin daşınmasınaı həyata keçirən "Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti MMC) Fransa təyyarə istehsalçısı "Airbus" ilə iki əlavə "A350F" yük təyyarəsi alış

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Neftin qiyməti yüksəlib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiymətində yüksəliş var. xəbər verir ki, Azərbaycan neftinin qiyməti artıb. Qeyd edək ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,07 ABŞ dolları və ya 0,1

Almaniya Azərbaycandan neft alışını artırıb

Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

Fransa Aİ ticarət sazişini qəbul etmir

Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb


iqtisadi xeberler dollar kursu bu gunun xeberleri biznes xeberleri valyuta kurslari