Zelenski: "Almaniya nasist keçmişinə görə Ukraynaya silah vermir"
"Almaniyanın nasist keçmişinə görə Ukraynaya silah tədarük etməsinə mane olan müəyyən psixoloji maneələri var".
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Reuters"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna əks-hücum əməliyyatına başlamasaydı, ölkəsinə silah tədarükü azalacaqdı:
"Düşünürəm ki, bu, bəzi ölkələrin qərarlarına təsir edəcək çox mühüm addımdır".
Qeyd edək ki, Volodimir Zelenski ölkəsinə silah tədarükündə gecikmələrə görə Almaniya hakimiyyətini dəfələrlə tənqid edib. Almaniya kansleri Olaf Şolts isə bunun doğru olmadığını bildirib. Onun sözlərinə görə, Almaniya Ukraynaya lazım olan qədər silah verəcək.
Xatırladaq ki, avqustun 26-da Almaniya kansleri Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilə bilən silahları verməkdən imtina edib. Sentyabrın 16-da isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkəsinə lazım olan Alman "Leopard" və "Marder" tanklarının çatdırılmadığını bildirib.
İqbal Rzayev,
KONKRET.az

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət