"Zəmanət mexanizmi banklar arasında rəqabət mühitini gücləndirib"
Ötən dövr ərzində zəmanət mexanizmi çərçivəsində müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib.
Bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
O qeyd edib ki, kreditlər üzrə maksimal faiz dərəcəsinin illik 20% müəyyən olunmasına baxmayaraq, banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə kreditlərinin verilməsi baş verib. Nəticədə, 2023-cü ildə zəmanətli kreditlər üzrə orta illik faiz dərəcəsi 14.2%, subsidiya hesabına borcalanlar tərəfindən ödənilən faiz dərəcəsi 6.2% təşkil edib.
O həmçinin əlavə edib ki, dövr ərzində zəmanətlərin verilməsi şərtləri əhəmiyyətli dərəcədə yumşaldılıb. Hazırda kiçik və orta sahibkarların kredit resurslarına çıxışının genişləndirilməsi üçün kreditin məbləğindən (250 min manatadək – yalnız müvəkkil bankın qiymətləndirməsi, 500 min manatadək isə – minimal sənədlər tələb olunur) asılı olaraq sadələşdirilmiş sənədləşmə və anderraytinq proseduru tətbiq edilir. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?