Zəngin və bəxtsiz: Sem Benkman-Fridin "toruna" düşən 20 milyarder
"FTX" kriptobirjasının yaradıcısı olan vunderkind Sem Benkman-Frid və onun həmtəsisçisi Heri Van artıq milyarder deyillər. "Forbes USA" yazır ki, onların sərvətinin qəfil dağılması dünyanın ən varlı 20 adamına da maddi zərbə vurub.
Sem Benkman-Frid və onun həmtəsisçisi Heri Vanın çox milyard dollarlıq sərvəti Baham adalarının birjası olan "FTX" və onun ABŞ-dakı filialı "FTX U.S."in qəfil çökməsindən sonra bir neçə saat ərzində "buxarlanıb". "FTX"in ən böyük xarici investoru olan "Sequoia Capital" və onun üç milyarder ortağı bu hadisələrdən sonra investisiyalarını silmələri çox çəkməyib.
Banker.az bu barədə "Forbes"a istinadən xəbər verir.
Milyarderlər Duqlas Leone, Maykl Morits və Nila Şen tərəfindən idarə olunan "Sequoia" 425 milyon dollarlıq payla bu birjaya 213.5 milyon dollar sərmayə qoyub. Noyabrın 9-da "Sequoia" öz səhmlərini 0 dollar dəyərində qiymətləndirib. Bu, "üç vergül klubu"nun itirdiyi yeganə pul deyildi, çünki 2019-cu ildən bəri "FTX" və "FTX U.S" 40 milyard dollarlıq kapitallaşmaya gedən yolda ən azı 2.2 milyard dollar cəlb ediblər.
Dünyanın ən zəngin kriptomilyarderi olan və "CZ" kimi tanınan Çanpen Çzao bir sıra tvitləri ilə "FTX"i məhvə doğru sürükləyib. Onun şirkətinin vençur qolu olan "Binance Labs" "FTX"in ilk investorlarından biri olub. Noyabrın 8-də Çanpen Çzao "Twitter" hesabında "FTX"i aldığını yazıb, lakin bir gün sonra "korporativ araşdırmalar, həmçinin müştəri vəsaitlərinin idarə olunması ilə bağlı problemlər" səbəbindən fikrindən daşınıb.
2021-ci ilin iyul ayında "FTX" 18 milyard dollar kapitallaşma ilə 1 milyard dollar cəlb edib. İnvestorlar arasında milyarder Brayan Armstronqa məxsus "Coinbase" da daxil olmaqla 59-dan çox şirkət olub.
Cəmi üç ay sonra, 2021-ci ilin oktyabrında "FTX" kriptobirjası "Sequoia", "Tiger Global" və "BlackRock" da daxil olmaqla 69 investordan daha 421 milyon dollar toplayıb. Mark Zukerberqin vəsaitləri və Silikon Vadisinin digər maqnatları ilə idarə olunan "Iconiq Capital", "Samsung NEXT XT Ventures" və kriptokonqlomerat Barri Silbert da investisiya raunduna qoşulub.
Yuxarıdakı investorların pul itkisinin miqyasını təsəvvür etmək çətindir. Yenə də bu milyarderlərə çox yazıq olmayın. Onlar hələ də "FTX" işçilərindən daha yaxşı vəziyyətdədirlər: Bankman-Fridin "Forbes" ilə paylaşdığı kapitallaşma cədvəlinə görə, şirkətin opsion fondu "FTX"də 3% paya sahib olub. Bu pay sənəddə qeyd olunan hər hansı digər kənar investorların payından daha böyükdür. Buna baxmayaraq, "FTX"in iflasından sonra bu rəqəmlər artıq heç nə demək deyil.

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Ev şəraitində pul qazanmağın yolları
Bill Qeyts kimdir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Mcdonalds françayzinqi neçiyədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?