Zirvələrə aparan - MEHRİBAN RƏQABƏT
Azərbaycanın Fintek ekosisteminin iki böyük oyunçusu olan "United Payment" və "Payriff" şirkətləri arasında olan nümunəvi münasibətin "Zirvələrə" aparan inkişafını görürük.
FED.az xəbər verir ki, bu, iki şirkət arasında davam edən uğurlu əməkdaşlıq və şəffaf rəqabətin nümunəvi təcəssümüdür.
Qeyd edək ki, "Payriff" şirkətinin həmtəsisçisi və direktoru olan Türkan Fərzaliyeva, Avropanın və Rusiyanın ən böyük zirvəsi olan ELBRUS zirvəsini fəth etmişdir. Həmin anların əbədiləşdirilməsi zamanı, Türkan xanımın, öz rəqibi və tərəfdaşı olan "United Payment" şirkətinin bayrağı ilə xatirə şəkli çəkdirməsi ekosistem üçün nadir rast gəlinən hadisələrdəndir.
Bu şəkil, ölkəmizdə Ödəniş Xidmətləri və Ödəniş Sistemləri Haqqında Azərbaycan Respublikasının Qanununun yenicə qəbul olunmaqda olan bir dövründə, Fintek ekosisteminin iştirakçıları arasındakı tərəfdaşlıqlarının və birgə addım atmaqla daha güclü olacaqlarının simvolik bir rəmzidir.
Ümid edirik ki, bu şəffaf münasibətlər ölkəmzin Fintek ekosisteminin inkişafına və rəqəmsal ödəniş strategiyasının uğurlu tətbiq eidlməsinə töhfələrini verəcəkdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?