10 gündür itkin düşən qadın ailəsi ilə görüşdü
Ötən gün sığınacağa yerləşdirilən Asimə Məmmədovanın yaxınları ilə görüşü təşkil olunub.
azxeber.com xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, avqustun 7-si yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 18-i Bakı şəhəri ərazisində tapılıb. Aidiyyəti qurumların əməkdaşları ilə birgə A.Məmmədovanın tapıldığı əraziyə yollanan Dövlət Komitəsinin nümayəndələri tərəfindən qadınla müvafiq söhbət aparılıb.
Məlum olub ki, A.Məmmədova həyat yoldaşı tərəfindən mütəmadi fiziki zorakılığa məruz qaldığı üçün evi tərk edib və Bakıya gəlib. Hazırda o, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyindən Bakıdakı müvafiq sığınacağa yerləşdirilib. Sığınacaqda mütəxəssislərin iştirakı ilə A.Məmmədovanın psixoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb.
Bu gün Asimə Məmmədovanın valideynləri Dövlət Komitəsinə müraciət edərək övladları ilə görüşmək istədiklərini bildiriblər. Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə Asimə Məmmədovanın sığınacaqda doğmaları ilə görüşü təşkil olunub. A. Məmmədovanın valideynləri həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı müddətdə övladlarına sahib çıxmadıqlarından dərin peşimançılıq keçirdiklərini, bundan sonra daim onun yanında olacaqlarını bildiriblər.
Qeyd edək ki, hazırda A. Məmmədovanın psixo-sosial reabilitasiya müddəti davam edir. Daha sonra o, razılığı olarsa, doğmalarının yanına qayıda biləcək.

ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
SMM nə deməkdir?
Dünyanın ən varlı 10 adamı
İnstaqramda biznes qurmağın yolları
ZARA-nın uğur hekayəsi
Dünyanın ən dəyərli avtomobil şirkətləri