10 gündür itkin düşən qadının anası kürəkənini ittiham etdi: Ya mənim uşağımı öldürüb, ya da
Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
azxeber.com xəbər verir ki, 10 gündən çox müddət keçməsinə baxmayaraq qadının yerini müəyyən etmək mümkün olmayıb.
İtkin düşən Asimə Məmmədovanın valideynləri qızlarının həyat yoldaşı Azər Nağıyev tərəfindən öldürülümə ehtimalından danışıb. A.Məmmədovanın atası Məmmədəli Məmmədov REAL TV-yə bildirib ki, qızının itkin düşməsində günahkar kürəkənidir:
"Qızıma zülm və işgəncə verirdi. Bir neçə dəfə evdən qaçmışdı. Həm bizə, həm də nənəsigilə getmişdi. Boşanmaqla bağlı ərizə də vermişdi. Sonra yalvardılar bizə qızı apardılar. İstəyim budur ki, balamız tapılsın. Onun ölü və ya diri olmasını bilmək istəyirik".
İtkin düşmüş qadının anası Nabat Mehdixanova isə deyib ki, qızı bir neçə dəfə boşanmaq istəyib: "O, çox deyirdi ki, boşanmaq istəyir. Çünki əri hər gün spirtli içki qəbul edirdi. Mən belə fikirləşirəm ki, ya mənim uşağımı öldürüb, ya da onu çölə çıxardıb ki, o da bir mərdimazara rast gəlib".

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
ƏDV geri al və onun üstünlükləri
Whatsapp biznesin üstünlükləri nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən bahalı otellər hansılardır?