100 milyard dollarlıq aktivləri idarə edən şirkət Azərbaycanın da pullarını idarə etmək istəyir

100 milyard dollarlıq aktivləri idarə edən şirkət Azərbaycanın da pullarını idarə etmək istəyirAzərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan "Vista Equity Partners" şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan "Vista Equity Partners" şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirib. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən Azərbaycan Prezidenti Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğulayıb.
Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib.
Qonaq Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını dedi və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, 2000-ci ildə ABŞ-da təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən "Vista Equity Partners" şirkətinin, həmçinin Nyu-York, San-Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honkonq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. "Vista Equity Partners" 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.

İnvestisiya     Tarix: 14 sentyabr 2024

Oxşar xəbərlər

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049,8 milyon manat investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlə

Mənzil tikintisinə investisiya yatırımı 31%-dən çox azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yatırılıb. Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistik

İnvestisiyaların üçdə ikisindən çoxu qeyri-neft sektoruna yönəlib

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə "Əsas makroiqtisadi göstəricilərin icmalı"n

AMB investisiya şirkətləri üçün kapital tələblərini yenilədi

"2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiya"sına uyğun olaraq, kapital bazarları iştirakçılarının dayanıqlı fəaliyyətinin təmin edilməsi, həmçinin beynəlxalq tənzimləmə standartlarına uyğunluq səviyyəsini

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita


iqtisadi xeberler depozit faizleri en son xeberler valyuta kurslari emlak xeberleri