101 milyon dollarlıq mal ixrac edən Azərbaycan şirkəti - ÖZƏL ŞİRKƏTLƏR ARASINDA 1-Cİ YERDƏDİR
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın noyabr sayında, 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.
Marja.az xəbər verir ki, reytinqdə 100,9 milyon dollarlıq ixrac ilə "MKT İstehsalat Kommersiya" MMC 1-ci yerdədir. Ötən ilin 10 ayında "MKT İstehsalat Kommersiya" şirkətinin ixracının dəyəri 96,2 milyon dollar təşkil etmişdi.
"MKT İstehsalat Kommersiya" MMC Azəbaycanın ən böyük xam pambıq istehsalçısıdır və Azərbaycan ərazisində 11 pambıq istehsal zavodu var. Şirkət hər mövsüm Azərbaycan ərazisində əkilən pambığın 50%-dən çoxunu toplayır və xam pambığın 40%-dən mahlıc, 52%-dən çiyid, geri qalan 8%-dən isə pambıq tullantıları əldə edilir.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (181,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (151,9 milyon ABŞ dolları) ikinci, qızıl (143 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric