12 turistdən sağ qalan üç nəfər dağdakı faciədən danışdı: Daş uçqunu oldu və... - FOTO/VİDEO
12 turistdən sağ qalan üç nəfər dağdakı faciədən danışdı: Daş uçqunu oldu və... - FOTO/VİDEO
Kamçatkadakı (Rusiya) Klyuçevski vulkanından üç nəfər - iki turist və bələdçi təxliyə olunub. Onların olduğu qrupdan doqquz nəfər isə həyatını itirib. Sağ qalanlar 3300 metr hündürlükdəki vulkanoloqların evində olublar.
Zərərçəkənlər 4000 metr yüksəklikdə baş verənlərdən danışıblar.
Məlum olub ki, dırmanma zamanı iştirakçılardan Anastasiya Usaçova və Roman Averin xəstələniblər. Buna görə də bələdçi İvan Alabugin onları aşağı aparmaq qərarına gəlib və birlikdə 3300 metr hündürlüyə eniblər.
Qalan turistlər isə ikinci bələdçi ilə yoxuşa çıxıblar.
Geriyə dönən qrup vulkanoloqların evinə yaxınlaşanda yoxuşda olan bələdçi radio vasitəsilə onlarla əlaqə saxlayıb və qrup üzvlərinin yıxıldıqlarını bildirib.
Bələdçi İvan da turistləri evə yerləşdirdikdən sonra yuxu çantalarını və çadır götürərək köməyə yollanıb. O, hadisə yerinə bir neçə saatdan sonra çatıb, ancaq artıq üç nəfərin öldüyünü görüb. İvan düşərgə quraraq, qalan zərərçəkənlərə ilkin tibbi yardım göstərməyə başlayıb.
Buna baxmayaraq, xilasedicilərin onlara çatmağa səy etdiyi bir neçə gün ərzində daha altı nəfər ölüb. Sonuncu turist öləndən sonra İvan geriyə, Anastasiya və Romanın onu gözlədikləri evə qayıdıb.
Burada onlar xilas ediliblər.
Həkimlərin sözlərinə görə, 4158 metr hündürlükdən enən bələdçinin ayaqları və qolları donub, qalanların vəziyyəti nisbətən qaydasındadır.
Xatırladaq ki, avqustun 30-da 12 nəfərlik turist qrupu Kamçatka ərazisindəki Klyuçevskaya Sopka dağına qalxmağa başlayıb. Qrupa Rusiyanın müxtəlif bölgələrindən (Altay diyarı, Novosibirsk vilayəti, Primorsk, Kamçatka, Moskva və Vladimir vilayəti) olan insanlar daxil olublar. Artıq sentyabrın 3-də bələdçilərdən biri xilasedicilərlə əlaqə saxlayıb və bildirib ki, 4200 metr yüksəklikdə bir neçə turist yıxılaraq ölüb. Hadisə yerinə helikopter yollanıb. Lakin hava şəraiti ilə əlaqədar xilasediciləri endirə bilməyib. Bazar ertəsi, sentyabrın 5-də artıq doqquz nəfərin öldüyü öyrənilib.
Qəzanın səbəbi hələlik məlum deyil. Fövqəladə vəziyyət zamanı hava yaxşı olub. İlkin ehtimallara görə, daş uçqunu baş verib, daşlar bir neçə nəfəri relyefdən qoparıb, digərləri ilə birlikdə bütün qrupu aşağı sürükləyib.
Mənbə: "Baza" "Telegram" kanalı

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Whatsapp biznesin üstünlükləri nələrdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət