18 illik gözləmə sona çatdı - Tonlarla neft Türkiyədən keçəcək
İraqın Neft Nazirliyi İraq Kürd Regional Rəhbərliyindəki (İKBY) yataqlardan hasil edilən xam neftin İraq Neft Marketinq Şirkətinə (SOMO) təhvil veriləcəyini və İraq-Türkiyə boru kəməri ilə Ceyhan limanı vasitəsilə ixrac ediləcəyini açıqlayıb.
Biznes.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, daxili istehlak üçün ayrılan məbləğlər istisna olmaqla, KRG-dəki yataqlardan hasil edilən neftin SOMO-ya təhvil veriləcəyi, SOMO vasitəsilə Ceyhan limanı üzərindən İraq-Türkiyə boru kəməri ilə ixrac ediləcəyi bildirilib.
Bu əməliyyatın mövcud prosedurlara, Konstitusiyaya, federal ümumi büdcə qanununun müddəalarına və Federal Məhkəmənin qərarlarına uyğun olaraq həyata keçiriləcəyi vurğulanıb.
Məlumatı İraqın baş naziri Məhəmməd Şia Sudani açıqlayıb.
İraqın baş naziri Məhəmməd Şia Sudani İraq Kürd Regional Rəhbərliyi (KRG) ilə İraq hökuməti arasında neft razılaşmasının əldə edildiyini açıqlayıb. Sudani sosial media hesabından verdiyi açıqlamada, "Bu gün tarixi bir razılaşma əldə etdik. Bu razılaşmaya əsasən, İraq Federal Neft Nazirliyi KRG-dəki yataqlardan hasil edilən xam nefti alacaq və İraq-Türkiyə boru xətti ilə ixrac edəcək. Gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ixrac qaynaqları hər yerdə əlçatan olacaq və investisiya mühiti yaradılacaq" bildirib.
Həmçinin Sudani əldə edilən razılaşma ilə bağlı, "Bu addım ölkədə sərvətin ədalətli bölüşdürülməsini, ixrac yollarının şaxələndirilməsini və investisiyaların təşviqini təmin edəcək. Bu, 18 ildir gözlənilən nailiyyətdir",-deyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio İraqla Türkiyə arasında neft kəmərinin açılışını alqışlayıb.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Yatırım olmadan necə biznes qurmaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes plan necə yazılır?