2022-ci ildə dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan 55,4 faiz az olub

2022-ci ildə dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan 55,4 faiz az olub2022-ci il dövlət büdcəsinin kəsiri (defisit) açıqlanıb.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da yer alıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, 2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 106 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1 milyard 385 milyon manat təşkil edib (proqnoza nisbətən 1 milyard 721 milyon manat və ya 55,4 faiz az). Dövlət büdcəsinin kəsiri 2022-ci ilin faktiki ÜDM-in 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 2,8 faiz-bənd azdır.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirilməsindən (115,4 milyon manat) daxil olan vəsait və vahid xəzinə hesabının qalığı (33,6 milyon manat) hesabına həyata keçirilib.
Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması dövlət büdcəsinə proqnozlaşdırılmış məbləğdən xeyli artıq vergi və gömrük daxilolmaları və dövlət büdcəsinin xərclərinin qənaətlə icra edilməsi hesabına olub.
XXX
2022-ci ildə dövlət büdcəsinin icrasına dair göstəricilər açıqlanıb.
Qeyd edilib ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 30 milyard 679,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 5,1 faiz çox, xərcləri 32 milyard 64,6 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,7 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1 milyard 385 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,4 faiz az olub.
2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat və ya 1 milyard 481,8 milyon manat (5,1 faiz), 2021-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə isə 4 milyard 283,4 milyon manat və ya 16,2 faiz çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib. / marja.az

Maliyyə     Tarix: 24 may 2023

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne