"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"

"2024-cü ilin ilk rübünü 14 milyon manata yaxın mənfəətlə başa vurduq. Bu, keçən ilin müvafiq rübündən və proqnozlaşdırılan rəqəmlərdən daha artıqdır. O ki qaldı, hədəflərimizə, bu ilin sonuna kimi ötən ildəkindən min. 20% daha çox mənfəət əldə etməyi planlayırıq". 
Bunu Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini Emil Duşdurov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O, "hədəflərimizə, bu ilin sonuna kimi ötən ildəkindən min. 20% daha çox mənfəət əldə etməyi planlayırıq" deyərək belə davam edib: "Digər əsas maliyyə göstəricilərimizdə də uğurlu artımlar çoxdur. Ümumi kredit portfelimiz 803 milyon manata çatır, daha çox real sektoru maliyyələşdirmək hesabına biznes kredit portfelimiz də yarım milyard manatı keçib. İlin sonuna ümumi kredit portfelinin 20%-dək artacağını gözləyirik. Kiçik və orta biznesin kreditləşmə həcminin 15%-dən çox, mikrokredit portfelinin isə 25%-dən çox artmasını gözləyirik. Kredit verilişlərinin keçən illə müqayisədə 8% artacağını proqnozlaşdırırıq, bunun da 23%-i mikrokredit portfelinə düşür. Fürsət düşmüşkən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Diqqətli izləyicilərimizin, jurnalistlərin və iqtisadçıların gözündən qaçmış olmaz, depozit portfelimizdə ilin sonu ilə müqayisədə bir qədər fərq yaranıb. Bu fərq bizim üçün gözlənilən idi, çünki bir neçə müştərimiz qısamüddətli məqsədləri üçün əmanət hesabları açmışdı. Maliyyə sferasında, xüsusən də böyük müştərilərlə işləyən banklarda müvəqqəti dövrlər üçün yaradılmış əmanətləri idarə etmək adi haldır. Uzun sözün qısası, bu hal ümumi maliyyə sabitliyimizə, müştərilərimizə və xidmət keyfiyyətimizə heç bir təsiri olmayacaq. Eyni zamanda, biz xərcləmələrimizə də nəzarət etməyi planlayaraq daha adekvat xərc-gəlir əmsalına çatmağı düşünürük".
 Emil Duşdurov, "Bankın maliyyə ilinə mənfəətlə başlamasına töhfə verən amillər hansılardır?" sualına belə cavab verib:
"Qısa şərh etsəm, düzgün hazırlanmış strategiya, peşəkar komanda, müştəriyönümlü yanaşma, texnolji trendlərin tətbiqi deyərdim. Biznes modelimizin mərkəzində müştəri məmnuniyyəti və çeviklik durur. Nəticədə hər yeni xidmət və məhsulumuza çoxsaylı müştəri marağı yaranır. Əlbəttə ki, innovasiyasız bu, mümkün olmazdı. Bank əməliyyatlarını sadələşdirmək və xidmətləri təkmilləşdirmək üçün texnoloji həllərə böyük sərmayelər yatırırıq. Bu texnoloji üstünlüklər xərclərimizin optimallaşdırılmasına və gəlirliliyimizin artmasına təsirsiz ötüşmür. Güclü risk dəyərləndirməsi və davamlı monitorinq sistemlərini tətbiq etməklə, biz xərcləri minimuma endirməyə çalışırıq. Bu kompleks yanaşma ilə Bankımız son 5 ildə sağlam təməllər üzərində böyüyüb və bazar payını artırıb". / marja.az

Banklar     Tarix: 24 aprel 2024

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank