"2024-cü ilin sonuna qədər bütün ölkə əhalisi yüksəksürətli internetlə təmin ediləcək"
"Əgər 2015-2020-ci illərdə Azərbaycanda cəmi 150 min vətəndaşın fiber-optik internetə çıxışı var idisə, təkcə bu ilin I yarısında 472 min insan yüksəksürətli internetə çıxışı imkanı əldə edib".
Bunu Bakıda keçirilən "Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər" mövzusunda beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
"2024-cü ilin sonuna qədər bütün ölkə əhalisi yüksəksürətli internetlə təmin ediləcək. Dövlət başçısının bizim qarşımızda qoyduğu əsas məsələlərdən biri də budur. Təbii ki, bizim üzərimizə həm də virtual mühitin təhlükəsizliyinin təmin edilməsi düşür. Bunun üçün İsrailin "Technion" Universiteti ilə danışıqlar aparmışıq, qarşıdakı 3 ildə 3 000-dək mütəxəssis hazırlanacaq", – o qeyd edib. / banker.az
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin