"300 bal yoxdursa, dünya dağıldı? Əsas odur ki, 200-dən yuxarı nəticə göstərənlərin sayı çox olsun
"700 bal yoxdursa, dünya dağıldı? Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın. Ümumiyyətlə, 290 baldan yuxarı nəticə göstərən şəxslər 300 bal toplayanlardan pedaqoji nöqteyi-nəzərdən fərqlənmir".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, onların bilik səviyyəsi, demək olar ki, eynidir.
"Hansısa texniki məsələyə görə, hansısa bir problemə görə abituriyentlər tam şəkildə 300 balı toplamayıblar. Bu, təsadüfdür. Ola da bilər, olmaya da. Əsas odur ki, 200-dən, 290 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun", - deyə Məleykə Abbaszadə qeyd edib.
DİM sədri bildirib ki, builki məzunlar arasında təxminən 800 nəfər xarici dildən 100 faiz nəticə göstərib:
"Riyaziyyatdan 100 faiz nəticə göstərən təxminən 600 nəfər var. Onlar misal üçün riyaziyyatdan 100 faiz nəticə göstərirlərsə, ola bilsin ana dilindən 85 faiz nəticə göstərirlər. Onlar yaxşı, bacarıqlı uşaqlardır. Onların nəticələri həm bizim təhsil standartlarına, həm də beynəlxalq standartlara cavab verir".
© APA / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Shopify-da necə satışa başlamaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları