80, 160 və ya 320 dollarlıq yol vergiləri tamamilə ləğv edilib

80, 160 və ya 320 dollarlıq yol vergiləri tamamilə ləğv edilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda həyata keçirdiyi dəyişikliklər ölkəmizin tranzit potensialının, logistika imkanlarının, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması ilə yanaşı, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə "İcazə" blanklarının dövlət sərhədindən buraxılış məntəqələrində verilməsinin ləğvi milli avtomobil daşıyıcılarının inkişafı, onların ölkəmizin nəqliyyat-logistika imkanlarından faydalanmaları, beynəlxalq bazardan pay əldə etmələrində mühüm rol oynayacaq. Qanunla müəyyən edilmiş normalar sərnişin avtobuslarına da şamil edilir ki, bu da ölkəmizin turizm potensialının artırılmasına şərait yaradacaq. 
Vergi Məcəlləsində həyata keçirilən dəyişiklik isə xarici avtomobillərlə Azərbaycan üzərindən daşınan yüklərin miqdarı və təhlükəlilik dərəcəsinə görə tətbiq edilən vergilərin azaldılmasını və ya tamamilə ləğvini nəzərdə tutur.
Belə ki, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrindəki yükün təhlükəlilik dərəcəsinə görə  ödənilən 80, 160 və ya 320 ABŞ dolları məbləğindəki yol vergisi tamamilə ləğv edilib.
Eyni zamanda əvvəllər xarici dövlətlərdə qeydiyyatda olan ağır çəkili avtonəqliyyat vasitələri yüklə birlikdə çəkisi 38 tondan yuxarı olduğu halda yol vergisinə cəlb olunurdusa, indi bu rəqəm 41-ə çıxarılıb. Aparılan təhlillər də göstərir ki, yüklə birlikdə nəqliyyat vasitələrinin çəkisi əksər hallarda 38-41 ton arasında dəyişir.
Qanunvericilikdə edilən dəyişikliklər Azərbaycan üzərindən keçən yükdaşımaların həcminin, xüsusilə Şərq-Qərb Orta Dəhlizinin vaxt və vəsaitə qənaət baxımından  cəlbediciliyinin artmasına şərait yaradacaq.
Həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində qeydiyyat proseslərinə sərf edilən vaxt azalacaq ki, bu da daha səmərəli gömrük nəzarətinin aparılmasına imkan verəcək, sərhədkeçmə proseslərini sürətləndirəcək. / marja.az

Maliyyə     Tarix: 03 aprel 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq