90 saniyə qaydası: niyə özümüzə bənzəyən insanları daha çox bəyənirik və bundan necə istifadə etmək olar

90 saniyə qaydası: niyə özümüzə bənzəyən insanları daha çox bəyənirik və bundan necə istifadə etmək olarPsixoloqlar deyirlər ki, biz hər şeydə özümüzə bənzəyən insanlara üstünlük veririk: onları daha tez-tez işə götürürük, onlardan daha çox alırıq, onlara borc verməyə daha çox hazırıq və ümumiyyətlə, onları daha çox bəyənirik. Eyni psixoloqlar deyirlər ki, həmsöhbətinizdə xoş təəssürat yaratmaq üçün onun kimi olmaq lazımdır. 
Torontoda yaşayan kommunikasiya mütəxəssisi Nikolas Butman tələbələrə necə müsahibə aparmağı, satış menecerlərinə satmağı, sahibkarlara necə danışıqlar aparmağı və hər kəsə qalıcı təəssürat yaratmağı öyrədir. O, bu mövzuda bir neçə ən çox satılan kitablar yazıb və orada 90 saniyə ərzində hər kəslə necə əlaqə qurmağı izah edir.
Araşdırmalara əsaslanaraq, o, yad birinin bizi bəyənməsi üçün orta hesabla bir dəqiqə yarım vaxtımızın olduğunu iddia edir. Məhz bu müddət ərzində biz bu və ya digər insanla ünsiyyətə davam etmək və ya ona etibar etmək barədə şüurlu və ya şüuraltı qərar veririk.
Mütəxəssis şəxsi təcrübə, psixoloq və dilçilərin araşdırmalarına əsaslanaraq effektiv netvorkinqin sirlərini "90 saniyədə bəyənilmək" kitabında açıqlayıb. Bu kitabdan bir parçanı sizə təqdim edirik. 
Biz digər insanlarla ünsiyyət quraraq əsas həyat bacarıqlarını əldə edirik. Valideynlər, dostlar, həmyaşıdlar, müəllimlər, hətta teleşou aparıcıları və film personajları tərəfindən bizə göndərilən siqnalları daim müşahidə edib şərh edərək, onların davranışlarını istəmədən kopyalayırıq, yəni onlarla sinxronlaşırıq.
Körpənin bədəni anasının bədəninin ritmləri ilə sinxronlaşır; böyük uşağın əhval-ruhiyyəsi atanın əhval-ruhiyyəsindən asılı olur; sevdiyi oyuncaq çox güman ki, dostlarınının üstünlük verdiyi oyuncaq olur. 
Biz şüuraltı olaraq başqalarından siqnal alırıq və duyğularımızı bir-birimizə ötürürük. Bunun sayəsində özümüzə inam qazanırıq və özümüzü təhlükəsiz hiss edirik. Buna görə də bizə bənzər insanları sevirik.
İnsanlar özlərinə bənzər namizədləri işə götürürlər.
İnsanlar özlərinə bənzər satıcıdan məhsul alırlar.
İnsanlar özlərinə bənzər insanlarla görüşə gedirlər.
İnsanlar özlərinə oxşayan insanlara borc verirlər.
Və s. sonsuza qədər…
Ola bilsin ki, ilk görüşdən dərhal bəzi insanlara bağlandığınızı, bəzilərilərinə qarşı isə neqativ olduğunuzu müşahidə etmisiniz. Hətta kiməsə qarşı düşmənçilik hiss etməyə başlamısınız. Bir çox insan bu vəziyyətlə tanışdır, lakin bunun niyə baş verdiyini heç düşünmüsünüzmü?
Düşünün, bəyəndiyiniz insanların fərqləndirici xüsusiyyəti nə idi? Çox güman ki, ortaq bir şeyiniz var – maraqlarınız, baxışlarınız, bəlkə avtobusda birlikdə olmusunuz və ya dayanacaqda görüşmüsünüz? Bənzər xüsusiyyətlərə və ya həyat şəraitinə malik insanlar adətən yaxşı yola gedirlər. Həyata eyni baxışları olan, eyni kitabları, musiqiləri, idman növlərini və ya əyləncələri bəyənən insanlar, ortaq heç bir şeyi olmayanlardan fərqli olaraq, özlərini bir-birləri ilə daha rahat hiss edəcəklər.
Təsadüfi xoşlanma, bir qayda olaraq, müəyyən əsaslara malikdir. Ümumi inanclar, oxşar görünüş, zövqlər və şərait – bütün bunlar münasibətin qurulmasına kömək edir. Bir sözlə, insanlarla qarşılıqlı münasibət sizə xaricdən və ya daxilən bənzəyən biri ilə tanış olduqda yaranır. / banker.az

Maraqlı     Tarix: 13 noyabr 2023

Oxşar xəbərlər

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". Marja xəbər verirrki, bu, Azərbayca

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir

2022-ci ildə Ukraynada hərbi əməliyyatların başlamasından sonra ABŞ Rusiyanı qlobal maliyyə sistemindən təcrid etməyə çalışdı. Bunun nəticəsində bir çox ekspert dolların iqtisadi təzyiq alətinə çevrilməsinin dünya iqtisadiyyatını

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti M6 prosessoru ilə təchiz edilmiş yeni 24 düymlük iMac və 14 düymlük MacBook Pro kompüterlərini təqdim edib. Yeni modellər şirkətin kompüter məhsulları seriyasını yeniləmək strategiyasını


iqtisadi xeberler internetden pul qazanmaq depozit faizleri pul qazanmaq en son xeberler