ABŞ-da anomal istilərə görə mayninq fermaların fəaliyyəti - DAYANIB
Texasda maynerlər anomal istilər və elektrik enerjiyə rekord tələbat səbəbindən mayninqi dayandırmaq məcburiyyətində qalıblar. Şuranın sədri Li Bratçerin sözlərinə görə, bu, maynerlərin məsuliyyətli vətəndaş olmaq istəyi ilə bağlı deyil: elektrik enerjisinin bahalaşması səbəbindən bir çoxları üçün mayninq sərfəsiz olub.
Eləcə də bax: Kripto nəhəngi 150 işçisini - İXTİSAR EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, Çində kriptovalyuta mayninqi qadağa ediləndən sonra maynerlər Texasa axmağa başlayıb və nəticədə bu ştat dünyanın ən böyük mayninq mərkəzinə çevrilib. Ekspertlər hesab edirlər ki, mayninq fermaları 2023-cü ilin ortalarına qədər Texasda elektrik enerjisinə tələbatı 6 giqavata çatdıracaq.
İndi fermalar şəbəkəsi, məsələn, bütün Belçikadan daha çox elektrik enerjisi istehlak edir, lakin bitkoinin çökməsi və yüksək enerji qiymətləri biznesin gəlirliliyi azalıb.
İstilik dalğaları, sakit hava (yel dəyirmanları ştatın elektrik enerjisi istehsalının dörddə birini təmin edir) və ştatın enerji sisteminin təcrid olunması (digər bölgələrdəki şəbəkələrlə əlaqə saxlamır) səbəbindən enerji təchizatında irimiqyaslı fasilələr yarana bilər.
Bu, bitkoin maynerlərinin elektrik enerjisinə reaksiya göstərdiyi ilk hal deyil. Belə ki, iyun ayında Şimali Amerikanın ən böyük bitkoin mayninqi şirkəti "Riot Blockchain" enerji istehlakını 8648 meqavat/saat azaldıb. Şirkət şəbəkədəki yükü yüngülləşdirmək üçün fermaların işini azaltmağa davam edəcəyini bildirib.
Amerika Birləşmiş Ştatlarının ən böyük ilkin alüminium istehsalçısı olan "Century Aluminium", elektrik enerjisinin qiymətlərinin artması səbəbindən Kentukkidə ərimə zavodunu bağlayıb. Şirkət bildirib ki, fasilələr enerji qiymətləri "normal səviyyəyə qayıdana" qədər qədər davam edəcək. Zavodda 600-dən çox işçi çalışır, onlara texniki xidmət haqqı ödənilməyəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Shopify-da necə satışa başlamaq olar?
ZARA-nın uğur hekayəsi
Green Card nədir və onu necə əldə etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta məzənnəsi necə analiz olunur?