ABŞ-da borc limiti danışıqlarında irəliləyiş əldə olunduğu bildirilir

ABŞ-da borc limiti danışıqlarında irəliləyiş əldə olunduğu bildirilirBorc limiti ilə bağlı açıqlama verən ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə bir neçə məhsuldar görüş keçirdiklərini, danışıqları davam etdirdiklərini və bir sıra məqamlarda irəliləyiş əldə olunduğunu bildirib.
Ölkənin defoltunun bir seçim olmadığı ilə razılaşdıqlarını təkrarlayan Bayden, borc limiti ilə bağlı yeganə yolunun ikitərəfli razılaşma olduğunu söyləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Borc limiti problemində uzlaşmaya nail olunub-olunmayacağına dair əminliyinin olmadığını deyən MakKarti, dünənki danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.
Borc limiti ilə bağlı danışıqlarda iştirak edən Respublikaçı təmsilçi Qarret Qreyves bu gün borc limiti razılaşmasına nail olmağın çətin olduğunu qeyd edib. Digər bir respublikaçı təmsilçi Patrik MakHenri də yaxın günlərdə razılaşmanın əldə olunacağını düşünmədiyini, lakin həll edilməmiş məsələlərin siyahısının azaldığını açıqlayıb.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin açıqlamalarını izləyərkən, Boston Fed sədri Suzan Kollins, faiz artımındakı fasilənin onlara bu günə qədər yürütdükləri monetar siyasəti qiymətləndirmək fürsəti verəcəyini və Bankın müəyyən bir nöqtədə və ya tezliklə fasilə verə biləcəyini ifadə etdi.
Bu gün isə Amerikada açıqlanacaq şəxsi və təsərrüfatlarında xərclərə dair inflyasiya göstəricilər birjalarda ciddi olaraq izləniləcək. Həmçinin İngiltərədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi ilə bağlı dərc olunacaq rəqəmlər investorların diqqət mərkəzində olacaq.
Amerikada günü-gündən artan defolt qorxularının "cash" dollara tələbi artırması fonunda qızıl ucuzlaşsa da, artan resessiya ehtimalları "güvənli liman"a tələbin artmasına səbəb olub. Odur ki, qızılın 4 saatlıq qrafikinə nəzər yetirdikdə, eniş tendensiyasının divergensiya ilə müşahidə edildiyini görərik. Bu səbəbdən də satış əməliyyatları zamanı ehtiyyatlı olmaq tövsiyyə olunur.
Məlumat İnvestAz İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 26 may 2023

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne