ABŞ-da iqtisadi artım dollara dəstək oldu
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə ABŞ-da iqtisadiyyatın proqnozlaşdırılandan daha çox böyüməsi dolların dünya birjalarındakı qiymətlərinə dəstək oldu. Nəticədə EURUSD cütlüyündə artım tendensiyası səngimiş, dollar digər major valyutalar qarşısında bir qədər bahalaşmışdır.
Bu həftə isə Milad həftəsi olması səbəbindən birjalarda durğunluğun yaşanacağı ehtimal olunur.
Hazırda 104 bənd hədlərində qərarlaşan dollar indeksində (DXY) "Buğa"lar DXY-ı 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 108 və 110 bənd hədlərinə kimi yüksələ bilər.
Bu həftə çərşənbə günü və cümə axşamı Amerikada dərc olunacaq mənzil bazarı və əmək bazarına dair statistik göstəricilər inestorların diqqət mərkəzində olacaq.
EUR
Ötən həftə üfüqi tendensiya sərgiləyən EURUSD cütlüyündə "Ayı"lar qiymətləri 1.06$ həddinin altına sala, orada qalıcılığını təmin edə bilsələr və DXY 106 bənd hədləri üzərinə yüksələrsə, avro dollar qərşısında 1.04$-ə qədər ucuzlaşa bilər.
GBP
Ötən həftə İngiltərədə kəsrlə açıqlanan ÜDM göstəriciləri funt-sterlinqin üzərində təzyiqləri artırmış, nəticədə GBPUSD məzənnəsi 1.20$-a kimi ucuzlaşmışdır. Birjalarda bu həftə durğunluq gözlənilsə də, analitiklər funtun ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.
GOLD
ABŞ-da iqtisadiyyatın proqnozlaşdırılandan daha çox böyüməsi dolların bahalaşmasına dəstək oldu. Nəticədə qızıl 1780$ hədlərinə kimi ucuzlaşdı. Lakin ötən həftənin son ticarət günündə buradan dəstək sarı metal bir qədər bahalaşaraq həftəni 1797$-da tamamladı. Dollar indeksində artım tendensiyası davam edərsə və "Ayı"lar qiymətləri 1790$ həddindəki dəstək səviyyəsinin altına qaytara bilsələr, qiymətli metalın bir unsiya üzrə dəyəri 1739$ və 1720$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti
"İnvest-AZ İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?