ABŞ-da nə baş verir? - Bu dəfə konqresmen Perrinin telefonu ələ keçirildi

ABŞ-da nə baş verir? - Bu dəfə konqresmen Perrinin telefonu ələ keçirildiXəbər verdiyimiz kimi, dünən FTB əməkdaşları ABŞ-ın keçmiş prezidenti Donald Trampın evinə basqın edib. Məxfi sənədlərin axtarıldığı əməliyyatdan sonra ABŞ-da daha bir diqqətçəkən hadisə baş verib. Bu dəfə Pensilvaniya ştatının nümayəndəsi, respublikaçı konqresmen Skott Perrinin telefonu FTB əməkdaşları tərəfindən ələ keçirilib.
KONKRET.az xəbər verir ki, bu darədə konqresmen "CBS News"a məlumat verib:
"Bu səhər ailəmlə səyahət edərkən üç FTB agenti mənim mobil telefonumu müsadirə etdi".
FTB əməkdaşlarının vəkili ilə əlaqə saxlamadığını qeyd edən Perri telefonunun əlindən alındığı zaman təəccüblənmədiyini, əksinə, qəzəbləndiyini bildirib.
"Belə "banan respublika"sı taktikaları hər bir vətəndaşı narahat etməlidir", – deyə Perri hadisəyə münasibət bildirib.
Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Tramp dünən verdiyi yazılı açıqlamada Floridadakı malikanəsində FTB agentləri tərəfindən axtarış aparıldığını deyib.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 10 avqust 2022

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler biznes ideyalari dollarin kursu bu gun 1000 manatla biznes valyuta xeberleri