ABŞ-da təbii qaz tədarükü 10 %-ə qədər azalıb
ABŞ-da sərt şaxtalar ölkə daxilində təbii qaz tədarükünün istehlak normasından 10 %-ə qədər azalmasına səbəb olub.
Bunu "BloombergNEF"in araşdırmaları göstərir.
Bildirilib ki, havanın kəskin soyuq keçməsi ilə əlaqədar həm yataqlarda hasilat, həm də təbii qazın boru kəmərlərinə vurulması məhdudlaşıb.
Qeyd edilib ki, ABŞ-ın təbii qaz hasilatı dekabrın 24-də daha da aşağı olub. O vaxt bu rəqəm 84.2 milyard kubfut (2.38 milyard kubmetr) idi. Odur ki, "mavi yanacağ"ın təchizatı ilə məşğul olan şirkətlər əhaliyə enerjiyə qənaət etməklə bağlı müraciət edib. Bu, təbii qaz təchizatını davam etdirməyə imkan verəcək.
Xatırladaq ki, daha əvvəl "Bloomberg" agentliyi xəbər vermişdi ki, ABŞ-da qar fırtınası təbii qaz hasilatının rekord dərəcədə azalmasına səbəb olub. Nəticədə təkcə dekabrın 23-də təbii qaz hasilatı düz 2.8 milyon kubmetr azalıb. Bu da hasilatda təxminən son 10 ildə ən böyük azalmadır. / banker.az
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb