"ABŞ defolt edərsə, bütün dünya problemlə üzləşəcək" xəbərdarlığı - GÜNIƏ BAXIŞ

ABŞ-da borc limiti ilə bağlı dalana dirəndiyi bir zamanda proqnozların altında açıqlanan illik inflyasiya məlumatlarından sonra birjalarda qarışıq dalğalanma müşahidə olunub.
Beləki Amerikada İstehlak Qiymətləri İndeksi (İQİ) gözləntilərə uyğun olaraq aylıq bazda 0.4% olasa da, illik müqayisədə 4.9% artaraq bazar gözləntilərinin altında düşüb ki, bu da 2021-ci ilin aprelindən bu yana ən aşağı səviyyə hesab edilir.
ABŞ prezidenti Co Bayden ölkə borc limiti ilə bağlı defolt edərsə, "bütün dünya problemlə üzləşəcək" xəbərdarlığını edib.
Aprel ayında ölkədə federal hökumətin büdcə profisiti 176 milyard dollar ilə gözləntilərin altında qalarkən, maliyyə ilinin 7-ci ayı olan aprel ayı etibarilə cəmi büdcə kəsiri 925 milyard dollar olaraq hesablanıb.
Digər tərəfdən, mart ayında müflis elan olunan "Silicon Valley Bank" (SVB) qrupunun bütün depozit və kreditlərini ələ keçirən "First Citizens Bank"-ın dərc etdiyi birinci rüb balans hesabatına görə, bankın mənfəəti 9.5 milyard dollara yüksəlib. yanvar-mart dövründə. Açıqlanan balans hesabatından sonra bankın səhmləri 7%-dən çox dəyər qazandı.
Bu göstəricilər fonunda dollar indeksi 100.80 bənd səviyyəsindəki dəstək həddini dünən də qoruya bildi.
Bu gün isə İngiltərə Mərkəzi Bankının faiz qərarı və Amerikada İstehsal Qiymətləri İndeksi dair göstəricilər də investorlarının diqqət mərkəzində olacaq.
Qızıla tələb yüksək olaraq qalır. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2038$ səviyyəsini qırsa, artım tendensiyasının 2050$ və 2061$-a kimi davam edəcəyi ehtimal edilir.
Məlumat İnvestAZ şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 11 may 2023

Oxşar xəbərlər

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes xeberleri internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti