ABŞ-ın strateji neft ehtiyatları son 40 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ-ın strateji neft ehtiyatları 382.3 milyon barrelə qədər azalıb ki, bu da 1984-cü ilin əvvəlindən bəri ən aşağı göstəricidir.
Bu barədə ABŞ Energetika Nazirliyinin informasiya departamenti məlumat yayıb.
Məlumata görə, bu ehtiyatlar dekabrın 2-dən 9-a kimi 4.7 milyon barrel azalaraq 387 milyon barreldən 382.3 milyon barrelə düşüb.
Departamentin məlumatına görə, 1983-cü ilin dekabrında ABŞ-da strateji neft ehtiyatları 379 milyon barrel, 1984-cü ilin yanvarında 384.5 milyon barrel səviyyəsində qiymətləndirilib.
Qeyd edək ki, mart ayında ABŞ prezidenti Cozef Bayden ölkədə benzinin qiymətini aşağı salmaq üçün altı ay ərzində strateji ehtiyatından gündəlik 1 milyon barrel neftin satışa çıxaracağını bəyan etmişdi. Oktyabr ayında Bayden strateji ehtiyatdan daha 15 milyon barrel neftin satışa çıxarılması qərarını açıqlamışdı. / banker.az
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd