ABŞ neft hasilatını tədricən artıracaq
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə 2022-2023-cü illər üçün ortalama gündəlik neft hasilatı üzrə proqnozunu artıma doğru korrektə edib.
Gələn il ABŞ-da ortalama gündəlik neft hasilatının 12.34 mln. barel olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 0.03 mln. barel çoxdur.
Hesabata əsasən, cari il ABŞ da gündəlik neft hasilatının 11.87 mln. barel olacağı gözlənilir. Ötən proqnoza görə, bu göstəricinin 11.83 mln. barel təşkil edəcəyi ehtimal olunurdu.
Belə ki, 2021-ci ilin göstəricisi ilə müqayisədə ABŞ-da ortalama gündəlik neft hasilatının bu il 5.5%, 2023-cü ildə isə 9.7% artacağı ehtimal olunur. 2022 və 2023-cü illərin proqnoz göstəricilərini müqayisə etdikdə isə, gələn il ABŞ-da neft hasilatı üzrə 4%-ə yaxın artım gözlənilir.
Qeyd edək ki, ötən il ABŞ-da gündəlik neft hasilatı 11.25 mln. barel təşkil edib.
Xatırladaq ki, EİA-nın hesablamalarına görə, 2020-ci ildə ABŞ-da ortalama gündəlik neft hasilatı 11.28 mln. barel olub. 2019-cu ildə isə bu göstərici 12.25 mln. barel təşkil edib.
EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, ABŞ neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəni 2023-cü ildə ötəcək. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Elon Musk kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Dropshipping nədir?
Necə Bitcoin almaq olar?