ABŞ yeni sualtı dronunu təqdim etdi
Amerika gəmiqayırma şirkəti "Huntington Ingalls Industries" (HII) "Remus 620" pilotsuz sualtı aparatını təqdim edib.
Sualtı dron modul konstruksiyaya malikdir ki, bu da cihazın xüsusiyyətlərini dəyişməyə imkan verir.
Dronun ölçüləri və funksiyaları quraşdırılmış akkumulyator bölmələrinin sayından asılı olacaq. Üç bölmə cihazın 110 saat avtonom işləməsini təmin edir. "Remus 620" həmçinin iki faydalı yük moduluna sahibdir.
Şirkətin insansız sistemlər bölməsinin rəhbəri Dueyn Foteringemin sözlərinə görə, dron donanmanın pilotsuz sistemlərini birləşdirmək məqsədi daşıyan ABŞ Hərbi Dəniz Qüvvələrinin strategiyasına uyğun olmaq üçün sıfırdan hazırlanıb. / banker.az
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb