"AccessBank" mikro kreditlər üzrə portfelini 647 mln. manata çatdırıb
"AccessBank" QSC əsas fəaliyyəti olan mikro bizneslərə verdiyi kreditlərin həcmini 2023-cü ildə 101.37 milyon manat və ya 18.6 faiz artırıb.
Banker.az xəbər verir ki, bankın mikro kreditlərinin həcmi 2022-ci ildə 546.22 milyon manatdan 647.59 milyon manata yüksəlib.
Bu kreditlərin yalnız 17.63 milyon manatı kredit zərərləri üzrə ehtiyatdır.
"AccessBank"ın əsas fəaliyyət diqqəti mikro və kiçik işgüzar müştərilərə xidmətlərin göstərilməsinə yönəldilib.
Bankın cəmi kredit portfelinin həcmi kiçik və orta biznesə verdiyi kreditlərin həcmi ötən ilin əvvəlində 152.44 mln. manat olduğu halda, ilin sonuna 136.97 mln. manata düşüb.
Əhaliyə verilən kreditlər isə 145.61 mln. manatdan 226.43 mln. manata yüksəlib.
Kommersiya bankı hazırda Azərbaycanda ən iri mikro kredit portfelinə malik bankdır.
ABB "Davr-Bank"la sövdələşməni tamamlayıb
Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın "Davr-Bank" ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb. xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyini
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda
Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb
Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy
ABB partnyorları ilə görüş ®
ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira