AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib

AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib06.01.2024. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkənin aparıcı banklarından biri olan AccessBank media tərəfdaşlarının övladları üçün unikal tədbir təşkil edib.
Tədbirdə bankın müxtəlif departamentlərinə ekskursiya keçirilib, gənc iştirakçılar maliyyə institutunun işi ilə daxildən tanış ola biliblər. Onlar həmçinin maliyyə savadlılığının artırılması üzrə təlimdə iştirak ediblər.
Ekskursiya zamanı uşaqlar bankın əsas iş prinsipləri və müştəri xidmətləri ilə tanış olublar. Onlar üçün ən unikal hadisə bunkerə daxil olmaq, bankın binası və əməkdaşların təhlükəsizliyinin təmin edilməsi prosesləri ilə tanış olmaq, eləcə də plastik kartların istehsalı prosesini müşahidə etmək olub. Bundan əlavə, onlar müştəri məmnunluğunun təmin edilməsində mühüm element olan çağrı mərkəzinin işi ilə də tanış olublar. Onlar özlərini bank işçisi rolunda sınamaq imkanı əldə etdilər ki, bu da təkcə maraqlı deyil, həm də maarifləndirici hadisə idi.
AccessBank, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) dəstəyi ilə uşaqlar üçün maliyyə savadlılığının artırılması mövzusunda təlim təşkil edib. İştirakçılar maliyyə savadlılığının əsaslarını öyrənib, əskinaslar, xərclərin düzgün bölüşdürülməsi zərurəti, ailə büdcəsinin formalaşmasında uşaqların iştirakı haqqında məlumat əldə etdilər.
AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev uşaqları bayram münasibəti ilə təbrik edərək onlara sertifikatlar təqdim etdi və bu da hadisələrlə dolu maraqlı günün xoş yekunu oldu.
AccessBank uşaqların dünya görüşünün genişləndirilməsi və erkən yaşlarından maliyyə savadlılığının formalaşmasına töhvə vermək məqsədilə, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində analoji təşəbbüslərin həyata keçirilməsi və dəstəklənməsini davam etdirəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-i bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 01 iyun 2024

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq