"ADA Universitetində üçillik ali təhsil modeli tətbiq oluna bilər" - REKTOR
Gənclər qısa zamanda həm bilik, həm bacarıq qazanaraq iş bazarına tam yararlı olmaq istəyir. Bu məqsədlə hazırda ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir.
Bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.
Rektor bildirib ki, belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərə daha əlçatan edəcək.
Onun sözlərinə görə, rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalı, iş bazarı və elm ocaqları bir-birinin ehtiyaclarından xəbərdar olmalı və onlar birlikdə qarşılanmalıdır.
© "Report"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Biznes təlimlər və tədris üsulları
Dizaynerlər üçün TOP-5 Freelance sayt
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-5 bahalı geyim şirkətləri