ADRA açıq məkandakı reklam sahəsində beynəlxalq təcrübəni öyrənir
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov və Birləşmiş Ərəb Əmirliklərinin Media Şurasının Baş katibi Məhəmməd Səid Əl Şehhinin başçlıq etdikləri nümayəndə heyətlərinin görüşü keçirilib. Dubay şəhərində baş tutan işgüzar görüşdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Elçin Bağırov da iştirak edib. Toplantıda açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi, bu sahədə Media Şurasının rolu, rəqəmsal reklamın yerləşdirilməsi zamanı şəxsi məlumatların qorunması və kibertəhlükəsizliyin təmin edilməsinə nəzarət mexanizmləri müzakirə edilib, eləcə də təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüş zamanı Birləşmiş Ərəb Əmirliklərinin reklam sahəsində qanunvericiliyi barədə məlumat verilib, hər iki ölkədə reklam fəaliyyətinin tənzimləməsinin xüsusiyyətləri haqqında fikir mübadiləsi aparılıb. Tədbirin nəticələrinə görə, qarşılıqlı təcrübə mübadiləsinin gələcək fəaliyyətdə faydalı olacağı əminliklə qeyd olunub, bu məqsədlə əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi niyyəti ifadə edilib. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi