Afərin Şirinov! - SAHİBKAR İXRACINI 4 DƏFƏ ARTIRARAQ 9,1 MİLYONA ÇATDIRIB
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın 2023-cü ilin Aprel sayında, 2023-cü ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alıb.
Marja.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır. O, 2023-cü ilk 3 ayında 9,1 milyon dollarlıq ixracı ilə 7-ci yerdədir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə Elvin Şirinovun ixracı 4 dəfə artıb. 2022-ci ilin yanvar-mart dövründə Şirinov 2,3 milyon dollarlıq ixraca nail olmuşdu.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın "Yanvar 2023" sayında 2022-ci ilin yanvar-dekabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqini dərc etmədiyindən ötən il Elvin Şirinovun ixrac məbləği məlum deyil. Onun ixracının məbləği 2022-ci ilin yanvar-noyabr dövründə 41,5 milyon dollara çatmışdı və reytinqdə 5-ci yeri tutmuşdu.
2021-ci ildə Elvin Şirinov qeyri-dövlət (özəl) ixracatçı subyektlərinin reytinqində yer almamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.


"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes plan necə yazılır?
"Freelance" nədir?
İban nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Yatırım olmadan necə biznes qurmaq olar?