"Ağ Şəhər"də "McDonald's Azərbaycan"ın yeni restoranının açılışı olub - FOTO

Bakının ən müasir və inkişaf edən məkanlarından biri olan "Ağ Şəhər"də "McDonalds Azərbaycan"ın sayca 28-ci restoranının açılışı olub.
FED.az xəbər verir ki, Xətai rayonu, İlqar Mirzəyev küçəsi 46 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsini əhatə edən restoran qida sənayesinin bütün tələblərinə cavab verir və qonaqlara xoş vaxt keçirmək üçün komfortlu şərait təklif edir.
146 oturacaq yerinə malik yeni "McDonalds" restoranı interyerə rahatlıq və eleqantlıq atmosferi bəxş edən zərif "Luna" üslubunda dizayn edilib. Burada qonaqların rahatlığı üçün, digər "McDonalds" filiallarında olduğu kimi, sifariş prosesini daha asanlaşdıran özünəxidmət köşkləri quraşdırılıb, həmçinin sifarişləri birbaşa masa arxasında əyləşərək qəbul etməyə imkan verən "masa xidməti" göstərilir.
Yeni restoranda həmçinin qonaqların müxtəlif isti içkilərdən və desertlərdən həzz ala biləcəyi "McCafe" zonası yaradılıb. Əlavə olaraq, müştərilərə sevimli "McDonalds" təamlarından istədikləri yerdə həzz almağa imkan verən çatdırılma xidməti təklif olunur.
Azərbaycan iqtisadiyyatına investisiya yatıran ilk beynəlxalq brendlərdən biri olan "McDonalds" 25 il ərzində ölkənin qeyri-neft sektorunun inkişafını fəal şəkildə dəstəkləyir. 100-dən çox Azərbaycan şirkəti ilə əməkdaşlıq edən "McDonalds" yerli podratçılarla əməkdaşlığa xüsusi önəm verir. Hazırda "McDonalds Azərbaycan" 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir ki, bu da şirkətin yerli iqtisadiyyatın inkişafına və ölkə sakinləri üçün iş yerlərinin yaradılması işinə sadiqliyini təsdiqləyir.

Biznes     Tarix: 07 noyabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler investisiya bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu