Ağalarovların Bakıdakı şirkətləri - Adlarındakı "Crocus"u Götürülər
Ağalarovların Bakıda fəaliyyətdə olan şirkətlərindən daha biri adını dəyişib və ana şirkətdən qaynaqlanan "Crocus"u adından götürüb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, "Crocus Plus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adını dəyişdirməklə "Restaurants Plus" MMC-yə çevrilib.
Bununla da, son 3 ayda Araz Ağalarovun Azərbaycandakı biznes budaqlarından üçü adındakı "Crocus" brendini götürmüş olub.
"Crocus Plus" MMC 2020-ci ilin noyabrında təsis edilib, onun qanuni təmsilçisi/ baş icraçı direktoru Zaur Darab-Zadədir. Z.Darab-Zadə 2021-ci ilin iyulundan bu vəzifəyə təyin edilib. O, bu vəzifədə Azərbaycandakı 4 "Crocus"a rəhbərlik etmiş Cəmilə Ağalarovanı əvəzləyib.
Bundan öncə Bakının Bilgəh qəsəbəsində tikinti aparan "Crocus Construction" MMC adını dəyişərək, "One Construction" MMC-yə, "Crocus Event Baku" MMC isə "Agalarov Event" MMC-yə çevriliblər. "Crocus Construction" Bilgəh və Nardaran qəsəbləri arasında dəniz sahilində rezort mənzillər inşa edir. "Sea Breeze Resort" adlanan ərazidə marketlər, müalicə və Anti-Aging Center, resepşn, məktəb, uşaq bağçası, çatdırılma xidmətləri, yaxtalar və qayıqlar üçün estakada və sair obyektlər var.
İş adamı Emin Ağalarov Rusiyanın "Hello!" kanalına verdiyi müsahibəsində Xəzər dənizində ada tikmək istədiyini bildirmişdi.
Azərbaycan əsilli milyarder Araz Ağalarovun əsas şirkəti "Crocus Group" Rusiya Federasiyasında fəaliyyətdədir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?